Ölkə: Azərbaycan Respublikası
Layihənin adı: “Məcburi Köçkünlərin Həyat Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi”
Tapşırığın adı: İcma Mikrolayihələrinin qiymətləndirilməsi üçün Məsləhətçi Xidmətləri
Azərbaycan Respublikası Hökuməti “Məcburi Köçkünlərin Həyat Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi”nin həyata keçirilməsi üçün Dünya Bankından maliyyə vəsaiti almışdır və bu vəsaitin bir hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir. Qiymətləndirilməsi aparılacaq 16 (on altı) icma mikrolayihəsinin siyahısı aşağıda göstərilmişdir:
№ İML-in kodu İML -in adı İML -in yeri Faydala-nanların sayı
1 İML/170 Məktəbin avadanlıqla təchizatı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Füzuli rayonu, 5 saylı tam orta məktəb, “Füzuli-5” icması 849
2 İML/171 Məktəbin təmiri və avadanlıqla təchizatı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Ə. Qarayev küçəsi, Füzuli rayonu, 54 saylı tam orta məktəb, “Füzuli-54” icması 339
3 İML/172 Məktəbin təmiri Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi, Kəlbəcər rayonu,22 saylı tam orta məktəb, “Qaracanlı” icması 547
4 İML/173 İcma və uşaq-reabilitasiya mərkəzinin təmiri və avadanlıqla təchizatı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Asfalt-beton zavodunun ərazisi, Gecəqondu massivi, “Ümüd” icması 914
5 İML/174 Məktəbin təmiri və avadanlıqla təchizatı Abşeron rayonu, Atyalı yaşayış massivi, Laçın rayonu, Qozlu kənd tam orta məktəbi, “Atyalı” icması 480
6 İML/175 Məktəbin təmiri və avadanlıqla təchizatı Gəncə şəhəri, Avtozavod yolu, Kəlbəcər rayonu, 98 saylı tam orta məktəb, “Məktəb-98” icması 564
7 İML/176 Məktəbin təmiri Gəncə şəhəri, Avtozavod ərazisi, Kəlbəcər rayonu, 22 saylı tam orta məktəb“Məktəb-22” icması 897
8 İML/177 Məktəbin təmiri Mingəçevir şəhəri, Dəmir-beton zavodu ərazisi, “Zülfüqarlı” icması 163
9 İML/178 Məktəbin istilik sisteminin quraşdırılması və həyətinin abadlaşdırılması Sumqayıt şəhəri, Metallurq küçəsi 10, Cəbrayıl rayonu, 4 saylı tam orta məktəb, “Araz” icması 1043
10 İML/179 Məktəbin təmiri Bakı şəhəri, Xətai rayonu, M. Davud yaşayış sahəsi, Laçın rayonu, Kamallı kənd orta məktəbi, “İnkişaf” icması 747
11 İML/180 İdman zalının təmiri və avadanlıqla təchizatı Sumqayıt şəhəri, S. Vurğun küçəsi 1a , Laçın rayonu, 5 saylı tam orta məktəb, “Laçın-5” icması 470
12 İML/181 Məktəbin təmiri Bərdə rayonu, Cəyirli kəndi, Kəlbəcər rayonu, 104 saylı tam orta məktəb, “Kəlbəcər-104” icması 345
13 İML/182 İdman zalının avadanlıqla təchizatı Sumqayıt şəhəri, 26-cı məhəllə, Qubadlı Rayon Gənclər və İdman İdarəsi, “Bərgüşad” icması 335
14 İML/183 İdman meydançasının bərpası Sumqayıt şəhəri, 8-ci məhəllə, Qubadlı rayon Çardaxlı kənd orta məktəbi, “Çardaxlı” icması 854
15 İML/184 İcma mərkəzinin təmiri və avadanlıqla təchizatı Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Məmmədquluzadə küçəsi, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbi, “Nurlu sabah” icması 218
16 İML/185 Məktəbdə bərpa və təmir işləri Ağcabədi rayonu, Muğanlı kəndi, Laçın rayonu, Muğanlı kənd tam orta məktəbi,”Muğanlı” icması 170
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məsləhətçi firmaları (məsləhətçilər) qeyd olunan xidmətləri göstərmək üçün maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin icrası üçün tələb olunan səriştəyə və müvafiq təcrübəyə malik olduqlarını təsdiqləyən məlumat təqdim etməlidirlər. Qısa siyahının tərtib edilməsi meyarları aşağıdakılardır: firmanın ümumi ixtisas dərəcəsi, qeyd olunan tapşırığa oxşar işlərin icrasında təcrübə və əsas işçi heyəti.
Dünya Bankının maraqların ziddiyyəti üzrə siyasətini nəzərə alaraq maraqlanan məsləhətçilərin diqqəti Dünya Bankının “Məsləhətçilərin seçimi və işə götürülməsi üzrə rəhbərliyi”nin 2011-ci ilin yanvar ayında yenilənmiş nəşrinin 1.9 bəndinə yönəldilir.
Məsləhətçilər ixtisas dərəcələrini artırmaq məqsədilə birgə müəssisə və ya sub-məsləhətçi şəklində digər firmalarla əməkdaşlıq etmək olar.
Firmalar məsləhətçilər üzrə rəhbərlikdə qeyd olunan ixtisas dərəcəsinə görə seçiləcəklər.
Əlavə məlumat üçün iş saatları (9.00-18.00) ərzində aşağıdakı ünvana müraciət etmək olar.
Maraqların ifadəsi yazılı formada 21 noyabr 2014-cü il tarixədək aşağıdakı ünvana təqdim olunmalıdır (şəxsən, poçt, faks və ya elektron poçt vasitəsilə).
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Məsul şəxs: S.Əhmədov, MKSİF-in direktor müavini
Bakı şəhəri, Tbilisi prospekti, 57D
Tel: (99412) 4318769
Faks: (99412) 4318211
Elektron poçtu: [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.