Pirallahı adasında inşa ediləcək Yüksək Texnologiyalar Parkının baş planı, dizayn, layihələndirmə, müəllif nəzarəti işlərinin və xidmətlərinin satınalınması ilə əlaqədar
A Ç I Q T E N D E R E L A N E D İ R
Tender Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 129E nömrəli (AZ1010) ünvanda 10 dekabr 2014-cü il tarixdə Bakı vaxtı ilə saat 16.00-da tender komissiyası tərəfindən keçiriləcəkdir.
Tenderdə fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan şirkətlər iştirak edə bilərlər.
Tenderdə iştirak edən bütün iddiaçılar tenderə dəvət və şərtlər toplusu sənədləri ilə bağlı əlavə məlumatları aşağıda göstərilən əlaqələndirici şəxslərdən ala bilərlər:
(əlaqələndirici şəxs ) - Səbuhi Məmmədov - ümumi işlər və təsərrüfat şöbəsinin rəisi. Tel: (99412) 310-14-00 (dax. 2210) (əlaqələndirici şəxs ) - Şahin Tağızadə - planlaşdırma və nəzarət şöbəsinin rəisi. Tel: (99412) 310-14-00 (dax. 2230)
İddiaçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsində şərtlər toplusu sənədlərində nəzərdə tutulmuş meyarlara üstünlük veriləcəkdir.
İddiaçılar tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- tender təklifi;
- iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyətini əks etdirən bank arayışı;
- iddiaçının son üç il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövrü üzrə) xüsusiyyətinə və həcminə uyğun analoji işlər üzrə təcrübəsi;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlərin notarial qaydada (zəruri olduqda Apostillə) təsdiq edilmiş nüsxələri (nizamnamə, qeydiyyat şəhadətnaməsi və s.);
- iddiaçı tenderdə qalib hesab edildiyi halda müqavilənin imzalanması üçün səlahiyyətli olması barədə notarial qaydada (zəruri olduqda Apostillə) təsdiq edilmiş sənədi;
- tender təklifinin ümumi qiymətinin 2 (iki) faizi məbləğində (tender təklifinin qüvvədə olma müddətindən sonra 30 (otuz) bank günü ərzində qüvvədə olmalıdır) və investisiya dərəcəsi olan və ya sifarişçi ilə razılaşdırılmış digər bank tərəfindən verilən bank təminatı.
İddiaçılar malgöndərən (podratçı) haqqında tələb olunan sənədləri 21 noyabr 2014-cü il saat 17.00-dan gec olmamaq şərti ilə, öz tender təkliflərini isə 5 dekabr 2014-cü il saat 17.00-dan gec olmamaq şərti ilə aşağıdakı ünvana təqdim etməlidirlər:Bakı şəhəri, Nizami küçəsi, 129E, 3-cü mərtəbə. AZ 1010."Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC Tel: (994 12) 310-14-00
Gecikmiş tender təklifləri tender komissiyası tərəfindən qəbul edilmir və açılmadan geri qaytarılır. Tender komissiyası gecikmiş tender təklifləri üçün heç bir məsuliyyət daşımır.
İddiaçılar bütün texniki həll, icra müddəti, qiymət (vergilər və digər rüsumlar daxil olmaqla), ödəniş qaydaları (cədvəli) və digər mühüm şərtləri öz tender təkliflərində əks etdirməlidirlər.
Tender təklifi iddiaçı tərəfindən imzalanmalı, möhürlənməli, 1 (bir) əsli və 1 (bir) surəti olmaqla 2 (iki) nüsxədə ikiqat zərfə qoyulmalıdır. Zərfin üzərində aşağıdakı qeyd yazılmalıdır:
-"Yüksək Texnologiyalar Parkının baş planı, dizayn, layihələndirmə, müəllif nəzarəti işlərinin və xidmətlərinin satınalınması" ilə əlaqədar açıq tender üçün təklif.
-10 dekabr 2014-cü il saat 16.00-dək açılmamalıdır".
İddiaçılar tender təklifinin qəbulu ilə əlaqədar və əlavə məlumat almaq üçün tender komissiyasına qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müraciət edə bilərlər.
Bütün iddiaçılar tenderin əsas şərtlər toplusunu yuxarıda qeyd edilən ünvandan əldə edə bilərlər. İddiaçılar əsas şərtlər toplusunu və iştirakçı statusunu almaq üçün 2000 (iki min) manat iştirak haqqını aşağıda göstərilən bank hesabına ödəməlidirlər:
“Yüksək Texnologiyalar Parkı - ”YT Park" MMC
Ünvan: Bakı şəhəri, Nizami küçəsi. 129E. AF Business House, 3 mərtəbə
Telefon: +994 12 310 14 00
Faks: +994 12 493 41 00
Email: [email protected]
Hesab: AZ 34 AZP091015461400420200279
VÖEN: 1303235241
Bank: “Azərpoçt” MMC PF1
Kod: 691011
VÖEN: 9900037711
Müxbir hesab: AZ 76 NABZ 01350100000000094944
S.W.İ.F.T. AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.