Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Dərman vasitələri,  dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları üçün nəzarət markalarının yüksək poliqrafik səviyyədə hazırlanması məqsədilə

T E N D E R   ELAN   EDİR

Tender keçirən:     Azərbaycan   Respublikası   Maliyyə   Nazirliyi

Ünvan: Bakı  şəhəri,   AZ 1022,  S. Vurğun  küçəsi, 135

1. Açıq tenderə razılaşdırılmış müddətdə  və  yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə

- dərman vasitələrinə tətbiq edilən                               100 milyon  ədəd,

- dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına  tətbiq edilən  300 000   ədəd nəzarət  markasının çapı təklif olunur.

2. Tender proseduru  2014-cü il dekabr  ayının 17-si saat 10.00-da  Azərbaycan Respublikası Maliyyə Nazirliyində ( III mərtəbədə, otaq №319) keçiriləcəkdir.

3. Tenderdə  iştirak  etmək  üçün  iddiaçılar  aşağıdakı  sənədləri təqdim etməlidirlər:

3.1.tenderdə iştirak etmək üçün  ərizə;

3.2. iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Tender təklifləri 2014-cü il dekabr ayının  16-da saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin aksiz markaları və müdafiəli sənədlərin dövriyyəsi sektoruna təqdim olunmalıdır.

5. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, nəzarət  markalarının (və ya analoji məhsulların) çapı sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi - texniki bazası (öz əmlakından  sərbəst və məhdudiyyətsiz  istifadə etmək imkanı) olmayan iddiaçılar  tenderdə iştirak edə bilməzlər;

6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməli və çap edilmiş nəzarət markalarının nümunələrindən (və ya buna oxşar  məhsulların) bir nüsxəni tender komissiyasına təqdim etməlidir;

7. Nəzarət  markaları qoruyucu elementlərə (o cümlədən holloqrama) malik olmalı, yüksək poliqrafik səviyyədə hazırlanmalı və kağızı beynəlxalq standartlara uyğun olmalıdır;

8. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir;

9. İddiaçı  təqdim  etdiyi  sənədlərdə  özü  haqqında  aşağıdakı  məlumatları  bildirməlidir:

9.1.  iddiaçının tam adı, ünvanı, hüquqi  statusu,  qeydiyyatdan  keçdiyi  ölkə;

   9.2. iddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;

9.3. iddiaçının son bir il əzindəki  maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

9.4  malik olduğu beynəlxalq  İSO 9001, CWA 14641 və ya İSO 14298 sertifikatlarının əsli və surəti (sertifikatın əsli onun surəti ilə üzləşdirildikdən sonra iddiaçıya qaytarılacaqdır);

10.  İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir;

11. Nəzarət  markalarının hazırlanması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 2000 (iki min)  manat ödədikdən sonra  tenderin şərtlər toplusunu ala bilərlər.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan  Respublikası Maliyyə Nazirliyi. VÖEN  1400108191

Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi 135

Dövlət Xəzinədarlıq Agentliyi   kod: 210005      

M/hesab: AZ41NABZ01360100000000003944,  VÖEN  1401555071

S.W.İ.F.T.  BİK: CTREAZ22

Maliyyə Nazirliyi  kitab 002527-2108571

Hesab: AZ 33 CTRE 00000000000002108571

12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin  müdiri müavini - sektor müdiri Aydın İsayevdir. Əlavə məlumat almaq üçün 30 oktyabr  2014-cü il tarixdən  16 dekabr  2014-cü il tarixədək, saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13-dən 14-dək). 

Ünvan: Azərbaycan   Respublikası, Bakı  şəhəri AZ 1022, S.Vurğun  küçəsi,  135,  III  mərtəbə,  303-cı  otaq  Telefon:    (99412)   404-46-94  Faks:   (99412)   493-29-43            

13.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və rus dilinə tərcümə edilmişdir;

 14.Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun  keçirilir.

 

Tender  komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında