Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi

təminatındakı təşkilatların 2015-ci il ərzində ərzaq məhsullarına: 1-ci lot   “1-ci növ buğda unundan çörək”, 2-ci lot “ət və ət məhsulları’’, 3-cü lot ‘’süd və süd məhsulları’’, 4-cü lot “yağ məhsulları’’, 5-ci lot ‘’kənd təsərrüfatı məhsulları’’, 6-cı lot “balıq və balıq məhsulları’’ və  7-ci lot “müxtəlif yarmalar və digər ərzaq məhsullarına’’  olan tələbatını ödəmək üçün açıq tender elan edir

 

Tender 7 lot üzrə cari il dekabr ayının 12-si saat 15.00-da DİN-in Təchizat İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161-də) keçiriləcək.

İddiaçılar bütün lotlarda iştiraka görə 2710,09 manat, 1-ci lot üçün 26,43 manat,  2-ci lot üçün 211,26 manat, 3-cü lot üçün 282,69 manat, 4-cü lot üçün 133,58 manat, 5-ci lot üçün 801,46 manat, 6-cı lot üçün 11,19 manat və 7-ci lot üçün isə  1243,48 manat  iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:

“Kapital Bank”ın rabitə filialı

 Kod: 200189

 VÖEN: 9900003611

M/hesab: 0137010001944

 SWİFT BİK AİİBAZ2X

7 saylı xəzinədarlıq idarəsi

H/h : 32051019441801748118

 VÖEN: 1501412631

İştirak haqqı geri qaytarılmır:

Tenderdə iştirak etmək üçün təchizat idarəsinin tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank  sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender təklifinin ümumi dəyərinin  2 faizi həcmində tender təklifinin bank təminatı.  Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin  tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin  son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövrü) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- vergi orqanlarından müvafiq arayış .

İddaçılar müvafiq ərzaq məhsulları üzrə mənşə sertifikatı, baytarlıq şəhadətnaməsi və keyfiyyət vərəqəsi təqdim etməlidirlər.

Malgöndərən öz tender təklifini “Dövlət satınalmalar haqqında’’ qanunda müəyyənləşdirilmiş qaydada  hazırlayaraq bank təminatı ilə birlikdə  tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2014-cü il dekabrın 11-i saat 17.00-dək tender keçirənə təqdim etməlidir.

Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

 Digər  sənədlər satınalan təşkilata  tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, yəni  cari il dekabr ayının 3-ü saat 17-dək təqdim olunmalıdır.

İddiaçı tərəfindən hazırlanmış, imzalanmış və möhürlənmiş  tender təklifi bank təminatı ilə ikiqat zərfə qoyulur. Hər iki zərfin  bağlı tərəfini iddiaçı  imzalayıb   möhürləyir və tender komissiyasına təqdim edir.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə malgöndərənlərə  bu  meyarlar  nəzərə alınmaqla  üstünlük veriləcəkdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq  sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə  imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

- satınalma  müqaviləsinin  vaxtında yerinə yetirilməsi imkanları ;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak  etməkdə maraqlı olanlara bildirilir ki, 2015-ci il yanvarın 1-dən etibarən 1-ci növ buğda unundan bişirilmiş çörək və süd  məhsulları təchizat idarəsinin təminatındakı təşkilatlara  hər gün, digər ərzaq məhsulları isə həftədə bir dəfə DİN-in  Mərkəzi Bazasına çatdırılmalıdır. 

Malgöndərənlər iştirak haqqını yuxarıda göstərilən  hesaba köçürdükdən sonra  Azərbaycan Respublikasının Dövlət dilində  tərtib olunmuş əsas  şərtlər  toplusunu tender  komissiyasından ala bilərlər.

Tender  proseduru ‘’Dövlət  satınalmaları haqqında’’ Azərbaycan Respublikasının  Qanununa  uyğun olaraq keçiriləcəkdir.

Əlaqələndirici şəxs  - Məhərrəm İbrahimov.

Telefon: 590-80-22

 

DİN-in Təchizat İdarəsi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında