Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

“Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin yaradılması xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edir

Tenderin identifikasiya nömrəsi: EKT-01/2014

Maliyyə mənbəyi: Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti.

Tenderin predmeti: “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sisteminin (SSİS) yaradılması”.

Bununla, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sisteminin (SSİS) yaradılması” xidmətlərinin göstərilməsi üçün təkliflər təqdim etməyə dəvət edir. Tenderdə proqram təminatının tərtibi, tətbiqi və idarə edilməsi, rəqəmsal məkan məlumat bazasının yaradılması və inteqrasiyası, GİS proqram təminatının hazırlanması və tətbiqi.

 İnteqrasiya edilmiş idarəetmə və nəzarət sisteminin (İACS) prinsiplərinə əsaslanan informasiya sistemlərinin yaradılması və bu sahələrdə təcrübəli mütəxəssislərə malik olan hüquqi şəxslər iştirak edə bilərlər.

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.

İddiaçılar Azərbaycan dilində tərtib olunmuş (texniki tapşırığın ingilis dilində tərcüməsi mövcuddur) tenderin əsas şərtlər toplusunu Kənd Təsərrüfatı Nazirliyinə tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və nazirliyin göstərilən hesabına iştirak haqqı kimi 500 AZN məbləğində geri qaytarılmayan vəsaiti ödədikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755 nömrəli ünvandan əldə edə bilərlər:

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T.: CTREAZ22

Kənd Təsərrüfatı Nazirliyi

Hesab No: AZ 94 CTRE 00000000000002188301

VÖEN: 1700069791

Büdcə səviyyəsi: fond 7

Büdcə təsnifatı: 142340

Ödəniş sənədində ödənişin məqsədi göstərilməlidir.

Əlaqələndirici şəxs  - Qabil Hüseynov

Telefon: +994 12 498 64 49

E-poçt:  [email protected]

Seçim iddiaçıların texniki və maliyyə təkliflərinin qiymətləndirilməsi üsulu ilə aparılacaqdır.

Tender təkliflərinin son təqdim edilməsi tarixi və ünvanı: 3 dekabr 2014-cü il, yerli vaxtla saat 16.00, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755.

Gecikdirilmiş təkliflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərflərinin açılışı   3 dekabr 2014-cü il  yerli vaxtla saat 17.00-da Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 722 nömrəli  ünvanda keçiriləcəkdir. 

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Tender komissiyası

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında