Daxili Qoşunların Baş İdarəsi 2015-ci il üçün əşya əmlaklarının satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 17 lot üzrə keçirilir:
LOT-1: Baş zabit heyəti üçün zeytun rəngli furajka, gizir heyəti üçün zeytun rəngli furajka
LOT-2: Zabit və əsgər heyəti üçün zeytun rəngli qulaqlı papaq
LOT-3: Zabit heyəti üçün zeytun rəngli qış paltosu, qadın hərbi qulluqçuları üçün qış paltosu
LOT-4: Zabit heyəti üçün zeytun rəngli mövsümi palto, qadın hərbi qulluqçuları üçün mövsümi palto
LOT-5: Zeytun rəngli yaxası üçbucaq şəkilli yarımyun köynək, zeytun rəngli yaxası boğazacan yarımyun köynək
LOT-6: Zeytun rəngli qış kiteli və şalvarı, zeytun rəngli qış kiteli və yubka
LOT-7: Zeytun rəngli yay kiteli və şalvarı, zeytun rəngli yay kiteli və yubka
LOT-8: Zeytun rəngli mövsümi gödəkcə və şalvar
LOT-9: Zabit heyəti üçün bej rəngli qısaqol köynək, qadın hərbi qulluqçuları üçün bej rəngli qısaqol köynək, zabit heyəti üçün bej rəngli uzunqol köynək, qadın hərbi qulluqçuları üçün bej rəngli uzunqol köynək, ağ rəngli uzunqol köynək
LOT-10: Komuflyaj rəngli isti səhra gödəkcəsi
LOT-11:Komuflyaj rəngli qış səhra kostyumu furajka ilə
LOT-12: Komuflyaj rəngli yay səhra kostyumu furajka ilə
LOT-13: Uzunboğaz botinka
LOT-14: Qara rəngli qış tuflisi, qara rəngli yay tuflisi, qara rəngli qadın hərbi qulluqçuları üçün uzunboğaz çəkmə
LOT-15: Zeytun rəngli trikotaj alt tumanı və köynəyi, zeytun rəngli trikotaj isti alt tumanı və köynəyi, zeytun rəngli trikotaj futbolka və trusu
LOT-16: İplik corab
LOT-17: Komuflyaj rəngli yataq kisəsi
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını 14 noyabr 2014-cü il tarixədək Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:
Lot №-si İştirak haqqının məbləği (manatla) Lot №-si İştirak haqqının məbləği (manatla)
1-ci 80 manat 10-cu 150 manat
2-ci 80 manat 11-ci 120 manat
3-cü 80 manat 12-ci 300 manat
4-cü 80 manat 13-cü 450 manat
5-ci 110 manat 14-cü 110 manat
6-cı 150 manat 15-ci 200 manat
7-ci 150 manat 16-cı 110 manat
8-ci 150 manat 17-ci 80 manat
9-cu 150 manat
B1. Benefisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
h/h № AZ 44 CTRE 00000000000002458570
VÖEN: 1500426471
D3. Büdcə təsnifatının kodu: 142340
D4. Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bütün iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tender iştirakçıları iştirak etdikləri lotlar üzrə 17 noyabr 2014-cü il saat 12.00-a qədər, texniki spesifikasiyaların tələblərinə uyğun hazırlanmış hər bir maldan 3 (üç) nüsxədə nümunələr, həmin malların uyğunluq sertifikatlarının əsillərini isə 1 (bir) nüsxədə Daxili Qoşunların Baş İdarəsinin əşya xidmətinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4) təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə aid zərflərin açılışından sonra məlumat veriləcəkdir.
Tender iştirakçılarından tələb olunan sənədlər 17 noyabr 2014-cü il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 24 noyabr 2014-cü il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.
Sənədlərin qəbul edilməsi saatları - hər gün saat 11.00-dan 12.00-a qədər və 16.00-dan 17.00-a qədərdir.
Tender zərflərinin açılışı proseduru 25 noyabr 2014-cü il saat 15.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4) keçiriləcəkdir.
İclasda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4.
Telefon: 569-95-10.
Əlaqələndirici: E.Əliyev.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.