MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN (MƏSLƏHƏT XİDMƏTLƏRİ - ŞİRKƏTLƏRİN SEÇİMİ)

Azərbaycan Respublikası Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

Tapşırığın adı:  Bərk Məişət Tullantılarının İdarəçiliyi sahəsində Hüquqi Çərçivə İslahatı

Müqavilənin nömrəsi:   C-18

Azərbaycan Hökuməti Dünya Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə əlavə maliyyələşmə almış və bu kredit vəsaitinin bir hissəsini məsləhət xidmətlərinə tətbiq etmək niyyətindədir.   

Məsləhət xidmətlərinə (“Xidmətlər”) Azərbaycanda BMTİ sahəsinə dair mövcud hüquqi və tənzimləyici çərçivəyə edilən dəyişikliklərin qiymətləndirilməsi, təklif olunması və layihələndirilməsində Azərbaycan Hökumətinə kömək göstərilməsi və Tullantıların İdarəçiliyinə dair Milli Strategiyanın həyata keçirilməsini asanlaşdırmaq daxildir. Milli Strategiya ilə yanaşı yeni hazırlanacaq  hüquqi çərçivə və Böyük Bakı regionu üçün yenilənmiş strategiya  gələcək investisiyalar, məqsədlər, fəaliyyət və yeni obyektlərin inkişafının və xidmətlərin çatdırılmasının fəaliyyət istiqamətləri üçün əsas yaradacaq. Regional investisiya plan və proqramları (bu məsləhət xidmətlərinə aid deyil) milli məqsədlərin regional təşəbbüs və hədəfə çevrilməsi üçün təkmilləşdiriləcək. Aparıcı faktor və təşəbbüslərin bu kombinasiyası ilə aşağıdakılara nail olunması gözlənilir: Bərk məişət tullantılarının inkişaf etdirilmiş idarəçiliyi üçün təkmilləşdirilmiş institusional çərçivəni yaratmaq; Yerli xidmət təminatçılarını bərk məişət tullantılarının idarəçilik xidmətlərində daha da çox və bariz formada cavabdeh etmək; İlkin olaraq, tullantıların toplanması və utilizasiyası üzrə təcrübələrin təkmilləşdirilməsinə, xüsusilə də rayon və bələdiyyələrin regional poliqon xidmət qruplaşmalarının inkişafına fokuslaşmaq; Bacarıqların inkişafı və potensialın gücləndirilməsi üzrə kifayət qədər büdcənin və iqtisadi resursların ayrılması üçün genişləndirilmiş imkanlara yol açmaq; Milli Strategiyada müəyyənləşdiriləcək irəliləyişlərə bütün ölkə üzrə nail olmaq məqsədilə tələb olunan mühüm maliyyəşməni əldə etmək üçün geniş vasitələr təmin etmək; Səmərəli və davamlı ictimai əlaqə və təbliğat kompaniyalarını təsis etmək; Xidmətlərin təmin edilməsində və yeni obyektlərin inkişafında özəl sektorun iştirakı üçün əlverişli şərait yaratmaq.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu münasib məsləhətçi şirkətləri (“Məsləhətçiləri”) xidmətlərin göstərilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq təcrübə və ixtisaslara malik olduqlarını nümayiş etdirən məlumatları təqdim etməlidirlər.

Seçim üçün meyarlar aşağıdakılardır: Avropa Birliyi bərk məişət tullantılarının idarəçiliyi və ətraf mühitin mühafizəsinə dair qanun və qaydalarının məzmun və inkişafındakı təcrübə də daxil olmaqla bərk məişət tullantılarının idarə edilməsinin hüquqi aspektləri, ətraf mühit normalarına uyğun qanunvericilik və tənzimlənmə sahəsində təcrübə; hüquqi çərçivələrin nəzərdən keçirilməsi və yeni qanun layihələrinin hazırlanması sahəsində təcrübə; BMTİ sistemləri (planlaşdırma, dizayn və BMTVİ proqramlarının xüsusi elementlərinin fəaliyyət monitorinqi (toplanma, ötürülmə, bərpa və utilizasiya daxil olmaqla) sahəsində təcrübə.

Maraqlı məsləhətçilərin diqqəti Dünya Bankının maraqların toqquşmasına dair siyasətini müəyyən edən Dünya Bankından Borc Alanlar tərəfindən Seçim və İşə qəbul ilə bağlı Təlimatların (Yanvar, 2011) (“Məsləhətçi Təlimatları”) 1.9 bəndinə yönəldilir. 

Məsləhətçilər iş keyfiyyətlərini artırmaq üçün birgə müəssisə və ya sub-məsləhətçi şəklində digər şirkətlərlə birləşə bilərlər.

Seçim Məsləhətçi Təlimatlarında müəyyən olunmuş Keyfiyyət Əsasında Seçim (KƏS) üsulu ilə həyata keçiriləcəkdir.

Ətraflı məlumatı iş saatları ərzində (bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-dək) aşağıda göstərilən ünvandan əldə etmək olar.

Maraq məktubları 3 oktyabr 2014-cü il tarixinədək Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq yazılı şəkildə (şəxsən, poçt və ya email vasitəsilə) aşağıdakı ünvana göndərilməlidir.

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi

Hüseynqulu İsmayılov, satınalma üzrə mütəxəssis

Xocalı prospekti, 55, AZ1025, Bakı, Azərbaycan

Tel: (+99412) 4644156

Faks: (+99412) 4644157

E-mail: [email protected]  və [email protected]

İnternet səhifə: www.iswm.az

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında