MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

 

 

Azərbaycan Respublikası

Əmlak Məsələləri Dövlət Komitəsi

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435-AZ

    Gəncə və Şəki şəhərlərində elektron kadastr məlumat bazasının (rəqəmli kadastr xəritələrinin) hazırlanması üçün məhsulların keyfiyyətinə nəzarətə dair məsləhətçi şirkətin seçimi

İstinad No.: RERP/PP#A4C3/CS/CQS /08/2014

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. Layihənin məqsədi daşınmaz əmlak bazarlarını, dövlət əmlakının idarə edilməsi və istifadəsini dəstəkləyən daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sistemini təmin etməkdir. Layihə Azərbaycanda daşınmaz əmlakdan istifadə, daşınmaz əmlakdan ipoteka və girov məqsədləri üçün istifadə məsələlərini həll etməyə yardım edəcək, mülkiyyət hüquqlarının şəffaflığı və təhlükəsizliyini təkmilləşdirəcəkdir. Layihə daşınmaz əmlak bazarında olan əqdləri sürətləndirəcək, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı xərclərin azalmasını məqsəd götürəcəkdir. Digər bir məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq və ölkədə daşınmaz əmlakın özəlləşdirilməsi üçün müxtəlif proqramların dəstəklənməsini davam etdirməkdir.

Bu elan müəyyən edilmiş tələb və ehtiyaclara uyğun olaraq Gəncə və Şəki şəhərləri üzrə təqdim olunacaq məhsulların keyfiyyətinə nəzarət və qəbulu ilə bağlı xidmətlərin göstərilməsi üçün məsləhətçi şirkətin seçilməsi məqsədini daşıyır. Texniki tapşırığa əsasən cəlb ediləcək şirkət layihə çərçivəsində İNTERLİS formatında təhvil verilmiş kadastr məlumatlarının keyfiyyətinə nəzarətin təmin edilməsinə və layihənin səmərəli nəticələrinin əldə edilməsinə imkan yaradacaq, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin(DƏKTİM) və subpodratçı özəl qurumun keyfiyyətə nəzarət sahəsində professionallığının artırılması ilə bağlı təlimlər keçirəcək. Keyfiyyətə nəzarətə dair tədbirlər layihənin icra müddətinə uyğun olaraq razılaşdırılmış iş cədvəlinə uyğun həyata keçirilməlidir. Keyfiyyətə nəzarət xidmətləri, ilkin olaraq pilot seçilmiş ərazidə və eləcə də layihə ərazisinin ayrı-ayrı yerlərində daha çox müxtəlif növ daşınmaz əmlakların mövcud olduğu xarakterik ərazilərdə həyata keçirilməlidir.

Qeyd olunan xidmətlərin göstərilməsi məqsədi ilə 3 (üç)  müvafiq eksperti olan uyğun peşəkar təcrübəyə və ixtisasa malik seçilmiş məsləhətçi şirkət cəlb ediləcəkdir. Ekspertlərdən ikisi kadastr ölçmələri üzrə keyfiyyətə nəzarət, üçüncüsü isə CİS (cografi informasiya sistemləri) üzrə və məlumat bazası üzrə keyfiyyətə nəzarət işlərini aparmalıdır.

Bu texniki tapşırıq əsasında həyata keçiriləcək işlərin məqsədi “Gəncə və Şəki şəhərləri  üzrə daşınmaz əmlak haqqında rəqəmsal kadastr məlumat bazasının  yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi” layihəsinə dair məhsulların keyfiyyətinə nəzarət və qəbulu, həmçinin sifarişçinin layihədə çalışan işçi heyətinə bu sahədə işlərin  təşkili ilə bağlı xidmətləri göstərməklə Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) yardım göstərməkdir.

1. Tələblər:

- kadastr ölçmə işləri üzrə ekspert kimi təcrübə;

- texniki əməkdaşlıq üzrə kadastr layihələrində təcrübə;

- müasir geodeziya vasitələrindən (elektron taxometr və GPS) istifadə qaydalarına dair biliklərə malik olmaq;

 - rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə;

arzu olunan tələblər:

- penmap proqramından istifadə etməklə, çöl-ölçmə işlərini emal etmək bacarığına malik olmaq;

- Azərbaycanda və ya regionda (qonşu ölkələrdə) təcrübə;

- işlək dil kimi Azərbaycan, türk, rus və ingilis dillərindən birini və ya bir neçəsini bilmək.

1. Ekspertlər üçün tapşırıqlar:

- DƏKTİM və podratçı ilə sıx əməkdaşlıq şəraitində Gəncə şəhəri və Şəki rayonu üzrə layihənin kadastr işlərinin keyfiyyətinə təminata dair tədbirlərin hazırlanması;

- göstərilən yerölçmə və kadastr işlərinə dair tətbiq ediləcək metodologiyaya uyğun işlərin icrasına texniki nəzarətin həyata keçirilməsi;

- rəqəmsal planların keyfiyyətinə (torpaq sahələrinin sərhədləri, bina, tikili və qurğuların yerləşməsi və digər məlumatlar) naturada çöl-ölçmə işləri əsasında nəzarət edilməsi və tövsiyələrin verilməsi;

- kadastr ölçmə işlərində daşınmaz əmlakların sərhədlərinin müəyyənləşdirilməsi zamanı qarşıya çıxan çətinliklərin və problemlərin aradan qaldırılmasına dair praktiki kömək göstərilməsi və tövsiyələrin verilməsi;

-  ƏMDK-nın məlumat bazasına daxil olunması tələb olunan çöl ölçmə işlərinin nəticəsi olan  sənədlərin məzmununun və formatının AZCAD2013 məlumat  modelinə uyğunluğunun yoxlanılması;

-  icraçının həyata keçirəcəyi kadastr ölçmə işlərinin nəticələrinin yoxlanılması, təsdiq edilməsi və qəbulu üçün layihə işçilərinə təlimlərin keçirilməsi;

-  keyfiyyətə  müfəssəl nəzarət prosedurunun təqdim edilməsi.

Podratçı vaxt cədvəlinə uyğun olaraq  layihə üzrə məhsulların keyfiyyətinə nəzarət və qəbulu, həmçinin təlim tədbirləri üzrə vəziyyətə dair hesabat təqdim etməlidir. 

Podratçı aşağıdakılarla bağlı sənədləri təqdim etməlidir:

1. İcra edilmiş işlərin təsviri;

2. Vaxt cədvəli ilə bağlı tələblərin uyğunluğunun təhlil edilməsi, əgər lazımdırsa, vaxt cədvəlinin yenilənməsinə dair tövsiyyələr;

Yaranmış problemlər, tövsiyələr və onların mümkün həlli;

Tapşırığın təklif olunan müddəti xidmətlərin başlanması tarixindən etibarən 4 aydır.

Maraqlanan məsləhətçilər 2004-cü ilin mayında nəşr edilmiş, oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmiş “Dünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması (BYİB-in krediti və BİA-nın krediti və qrantları çərçivəsində)” üzrə təlimatında  (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.  Məsləhətçi, məsləhətçilər üzrə təlimatda müəyyən edilmiş ixtisas əsasında seçimə uyğun seçiləcəkdir.

Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günü ərzində, saat 09.00-dan  17.00-dək müraciət etmək olar.

Maraq ifadələri 5 sentyabr 2014-cü il, saat 18:00-a kimi yazılı şəkildə aşağıdakı ünvana şəxsən, həmçinin elektron formada təqdim edilməlidir.

 Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu,

Nigar Hüseynova, Satınalmalar üzrə assistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti, 31, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

Tel.: (+994 12) 510 91 45 (daxili 7227)

Email:   [email protected] 

             [email protected] 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında