Beyləqan Rayon Mərkəzi Xəstəxanası

 

Beyləqan Rayon Mərkəzi Xəstəxanası

2014-cü ildə digər maşın və

avadanlıqların satınalınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-I. Digər maşın və avadanlıqların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 50 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan rayonu, S.Qazıyeva küçəsi, 21 nömrəli ünvandan (əlaqələndirici şəxs: Mədətov L.İ. tel. 51-4-62) ala bilərlər.

Təşkilat: Beyləqan RMX, Beyləqan rayon YXO

VÖEN: 390024795

H/H:2124131

Bank: “Kapital bank ” ın Beyləqan filialı

Kod: 200402

VÖEN: 9900003611

Müxbir hesab:AZ 37NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK. ALL BAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-Tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1%-i həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra 60 bank günü müddətində qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış (arayışların əsilləri və tarixləri tender elanından sonra olmalıdır);

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma 1 və forma 2);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 sentyabr 2014-cü il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş və imzalanmış zərfdə 15 sentyabr 2014-cü il saat 17.00-a qədər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına (ünvan: Beyləqan şəhəri, S.Qazıyeva küçəsi, 21) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 16 sentyabr 2014-cü il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında