Tarix: 10 iyul, 2014
Müqavilənin nömrəsi.: RERP/PP#-17cA8/G/ICB/PMSE/06/2014
Dünya Bankı Kredit No.: 7435AZ
Dünya Bankı kredit layihəsinin adı: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Ölkə: Azərbaycan Respublikası
Sifarişçi: Əmlak Məsələləri Dövlət Komitəsi
Müqavilənin adı: AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ ÜÇÜN MÜASİR ÖLÇMƏ AVADANLIQLARININ ALINMASI
İstinad #. (satınalma planına əsasən): RERP/PP#-17cA8/G/ICB/PMSE/06/2014
1. Azərbaycan Hökuməti Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin (DƏQL) icra olunması məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kredit almış və vəsaitlərin bir hissəsini RERP/PP#-17cA8/G/ICB/PMSE/
06/2014 saylı müqavilə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi üçün müasir ölçmə avadanlıqlarının alınması məqsədilə müvafiq ödənişləri aparmaqdan ötrü tətbiq etmək niyyətindədir.
2. Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq iddiaçıları Əmlak Məsələləri Dövlət Komitəsi üçün müasir ölçmə avadanlıqlarının alınması məqsədilə tender təkliflərini möhürlü zərflərdə təqdim etməyə dəvət edir.
3. Tender Dünya Bankının Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) Kreditləri və Beynəlxlaq İnkişaf Agentliyi (BİA) Kredit və Qrantları çərçivəsində malların, işlərin və qeyri-məsləhətçi xidmətlərinin satınalınması (satınalma qaydaları) ilə bağlı təlimatında göstərildiyi kimi beynəlxalq müsabiqəli tender prosedurlarına müvafiq olaraq həyata keçiriləcək və satınalma qaydalarında müəyyən olunduğu kimi bütün uyğun gələn iddiaçılar tenderdə iştirak edə bilərlər. Əlavə olaraq, Dünya Bankının maraqların toqquşması ilə bağlı siyasətini əks etdirən 1.6 və 1.7-ci bəndlərə nəzər salmaq lazımdır.
4. Maraqlanan müvafiq iddiaçılar əlavə məlumatı DƏQL-in Layihə İdarəetmə Qrupunun (LİQ) satınalmalar üzrə mütəxəssisi Günel Səfərəliyeva (email: [email protected]) və ya satınalmalar üzrə assistent Nigar Hüseynovadan əldə edə bilərlər (e-mail: [email protected]; ) və aşağıdakı ünvanda saat 10.00-dan 17.00-a kimi Tender Sənədlərini nəzərdən keçirə bilərlər:
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu, Günel Səfərəliyeva, satınalmalar üzrə mütəxəssis, Nigar Hüseynova, satınalmalar üzrə assistent,
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası, Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, 612-ci otaq, AZ1073, Bakı, Azərbaycan.
Email: [email protected]; [email protected].
Tel.: (+994 12) 510 91 45 (daxili 7227).
5. Maraqlanan müvafiq iddiaçılar aşağıdakı ünvana yazılı şəkildə müraciətin təqdim edilməsi və hər bir toplu üçün əvəzi ödənilməyən 150 AZN və yaxud 200 ABŞ dolları ödənilməsi müqabilində tender sənədlərinin ingilis dilində tam toplusunu əldə edə bilərlər. Ödəniş forması bank köçürməsi ilə olacaqdır.
Bank rekvizitləri aşağıdakı kimidir:
Azərbaycan Respublikası Beynəlxalq Bankı, “IBA Premier” Müştəri xidməti.
Kod: 805250
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.İ. F.T BİK: İBAZAZ2X
Benefisiar: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab: AZN AZ65IBAZ38090029449330358120 USD AZ55IBAZ38190028409330358120
VÖEN: 2000015631
6. Bütün təkliflər 10 000 (on min) ABŞ dolları məbləğində və yaxud ona bərabər məbləğdə rahat çevrilə bilən valyutada “təklifə zəmanət”lə müşayiət olunmalıdır.
7. Təkliflər aşağıda göstərilən ünvana 21 avqust 2014-cü il, yerli vaxtla saat 14.45-dək və ya ondan əvvəl təqdim olunmalıdır. Təkliflərin elektron şəkildə təqdim olunmasına icazə verilməyəcəkdir. Gec təqdim olunmuş təkliflər qəbul edilməyəcək və açılmamış vəziyyətdə iddiaçılara geri qaytarılacaq.
Təkliflər 21 avqust 2014-cü il saat 15.00-da aşağıda göstərilən ünvanda açılışda şəxsən iştirak etmək arzusunda olan iddiaçı nümayəndələrin qarşısında açılacaqdır.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Satınalma mütəxəssisi
Günel Səfərəliyeva
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq #612,
AZ1073, Bakı, Azərbaycan.
Email: [email protected] [email protected]
Tel: (+994 12) 510 91 45 (daxili 7227)
Faks: (+994 12) 510 91 47
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.