İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu

Gədəbəy rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il avqustun 20-də respublikanın cəbhə rayonlarından biri olan Gədəbəy rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmışdır. Müzakirələr nəticəsində Gədəbəy rayonu üzrə aşağıdakı sahələrin inkişafı məqsədəuyğun hesab olunmuşdur:
-Kartof saxlanılması üçün ümumi tutumu 5 min ton olan soyuducu anbar kompleksinin tikilməsi;
-Təbii mineral suları birbaşa mənbəyindən qablaşdırmaqla, illik istehsal gücü 500 min litr olan müasir tələblərə cavab verən (təbii, mineral, şirinləşdirilmiş mineral və qazlı su) su istehsalı zavodunun tikilməsi və ya yenidən qurulması;
-İllik istehsal gücü minimum 1000 ton ət və ya 10 min ton süd olan emal müəssisələrinin yaradılması;
-Kiçik və ya orta həcmli kartof emalı (kartofun təmizlənməsi və qablaşdırılması, kartof unu, çipsi və s. məhsulların istehsalı) müəssisəsinin yaradılması;
-İllik istehsal gücü 15-20 min ton olan müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması;
-İllik istehsal gücü 1000 ton olan müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması və konservləşdirilməsi) müəssisələrinin yaradılması;
-Arıçılığın inkişafı (o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması);
-Kartofçuluğun inkişafı məqsədi ilə toxumçuluq təsərrüfatının yaradılması.
Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
e-mail: [email protected]
{nl}

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında