Əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət birləşdirilmiş sığorta paketi proqramı üçün tender elanı

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət  birləşdirilmiş sığorta paketi proqramı üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirir.

Tender proseduru 18 avqust 2014-cü il  saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan (və həmin lisenziyasının 1 noyabr 2014-cü il tarixdən ən azı 12 (on iki) ay ərzində mövcud olunması şərti ilə), yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə icbari sığorta bürosunun iştirakçısı sığortaçılarının reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.

İddiaçının kapitalı Azərbaycan Respublikası Maliyyə Nazirliyi kollegiyasının   24 yanvar 2014-cü il tarixli Q-5 nömrəli qərarına uyğun  sığortaçılar üçün tələb olunan 5 000 000.00 (beş milyon) manatdan az olmamalıdır.      3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

 - tenderdə iştirak üçün ərizə;

 - iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- iddiaçıya Azərbaycan Respublikası sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin (CASCO) könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş razılığın surəti;

- təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq reyestrinə daxil edilməsi barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də təqdim edilməlidir);

- əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan təkrar sığortaçılar tərəfindən riskin yerləşdirilməsini təsdiq edən, imzalanmış və möhürlənmiş təkrarsığorta şəhadətnamələri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;        

-  Azərbaycan dilində iki nüsxə (əsli və surəti)  tender təklifi (tender təklifi 29 sentyabr 2014-cü il tarixədək qüvvədə olmalıdır);

 - tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və 13 noyabr 2014-cü il tarixədək qüvvədə olması şərti ilə);

 -  son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- audit rəyi ilə birlikdə 2013-cü il üzrə maliyyə hesabatı və 2014-cü ilin rüblük maliyyə hesabatlarının surətləri;

- 2014-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunan sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsi və məcmu kapital haqqında hesabat (6 saylı forma);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanından arayış;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 15 avqust 2014-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 7 avqust 2014-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

 5. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab:  AZ74NABZ01451700000000001944

S.W.İ.F.T. BİK  NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.         

6. Xidmətin göstərilməsinə 1 noyabr 2014-cü il tarixdən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2015-ci il tarixdən başlanılır.

 7. Xidmətin göstərilməsi müddəti: 12 (on iki) ay.

 8. Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: qiymət, təklif olunan xidmətlər paketi üzrə sığorta şərtləri, franşiza (azadolma) məbləği, təkrarsığortaçıların reytinqi.

9. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

 Əlaqələndirici şəxslər:  Ceyhun Səməndov (inzibati departamentin əməkdaşı). Telefon: 493-11-22 (599).

Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı). Telefon: 493-11-22 (428).

 

Tender komissiyası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında