B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 10 iyun 2014-cü il tarixdə keçirilmiş “uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” adlı müsabiqənin Yevlax lotu üzrə qalibi “SOS - Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası, “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan, yetkinlik yaşına çatmayanlara ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyalarının təşkili” adlı müsabiqənin qalibləri “Güzəran” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi və “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqənin qalibləri “Əlil təşkilatları İttifaqı” və “Konstitusiya” Araşdırmalar Fondu olmuşdur.

***

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 5 iyun 2014-cü il tarixdə keçirilmiş “uşaqlar (0-7 yaş) arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların portec üsulu ilə sosial reabilitasiyası (Xızı, Şabran, Siyəzən və Quba)” adlı müsabiqənin qalibi “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi olmuşdur.

 ***

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 11 iyun 2014-cü il tarixdə keçirilmiş “Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması” adlı müsabiqənin qalibi “Gənc Ana və Uşaqların Maarifləndirilməsi” İB, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” adlı müsabiqənin qalibi “Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur.

***

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 5 iyun 2014-cü il tarixdə keçirilmiş “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” adlı müsabiqənin qalibləri “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını tanıtma” İctimai Birliyi və “Azərbaycan Ruh” Komitəsi, “Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyası” adlı müsabiqənin qalibi “Sabah” Beynəlxalq Humanitar Təşkilatı, “Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi” adlı müsabiqənin qalibləri “Sabah” Beynəlxalq Humanitar Təşkilatı və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi olmuşdur.

 ***

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 9 iyun 2014-cü il tarixdə keçirilmiş “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı müsabiqənin qalibləri Azərbaycan Uşaq Fondunun  Gəncə şəhər Təşkilatı və Müşviq adına Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyi, “Əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqlar üçün psixo-sosial dəstəyin göstərilməsi” adlı müsabiqənin qalibi “Şəki” Əlillərə Qayğı İctimai Birliyi, “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi” adlı müsabiqənin qalibi “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında