Azərbaycan Respublikası Mərkəzi Bankında İSO 27001:2013 standartı əsasında yeni informasiya təhlükəsizliyi metodologiyasının yaradılması ilə bağlı tender elanı

 1. Azərbaycan Respublikasının Mərkəzi Bankı informasiya təhlükəsizliyi sahəsində İSO 27001:2013 standartı əsasında yeni informasiya təhlükəsizliyi metodologiyasının, o cümlədən fövqəladə hallar zamanı əməliyyatların davamlılığı və bərpa planlarının yaradılması ilə bağlı açıq tender keçirir.

Tender proseduru 11 avqust 2014-cü il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. İddiaçının mərkəzi bankların və ya mühüm maliyyə institutlarının informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə metodologiyanın yaradılması üzrə iş təcrübəsi olmalıdır. Belə təcrübəsi olmayan iştirakçılar tenderdə iştirak edə bilməzlər.

3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanlarından arayış;

- Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 5 (beş) il ərzində yerinə yetirilən ən azı 2 (iki) layihənin açıqlanmasını (sifarişçilərin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən məlumatları da göstərməklə);

- tenderin əsas şərtlər toplusunda iddiaçıya dair müəyyən edilmiş digər tələblərə uyğunluğu barədə məlumat;

-  Azərbaycan dilində iki nüsxədə 22 sentyabr 2014-cü il tarixədək qüvvədə olan tender təklifi;

- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada).

4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 8 avqust 2014-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci  25 iyul 2014-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

5. İddiaçılar tenderdə iştirak haqqı kimi  150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesablarına köçürməlidir: Azərbaycan Respublikasının

 Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ014517900000000001944, kod 501004, VÖEN 9900071001, SWİFT NABZAZ2C.

6. İşlərin görülməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən. İşlərin görülməsi müddəti satınalma müqaviləsinin imzalandığı gündən başlayaraq 150 (bir yüz əlli) təqvim günündən çox olmamalıdır.

7. Qiymətləndirmə meyarları: qiymət və iddiaçının peşəkarlığı (icraçının, layihə rəhbərinin, işçi heyətin).

8. Tenderdə iştirak etmək istəyən hər bir hüquqi şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu əldə edə bilər.

Tender üzrə əlaqələndirici şəxs: Anar Quliyev (təhlükəsizlik departamentinin əməkdaşı).

Telefon: 493-11-22 (222), faks: 493-55-41, elektron poçt ünvanı: [email protected].

 

Tender komissiyası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında