MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435 - AZ 

2014-cü il müştəri məmnunluğu sorğusunun həyata keçirilməsi məqsədilə yerli məsləhətçi şirkətin seçilməsi üçün məsləhətçi xidmətləri 

İstinad No.: RERP/PP#59b-D5/CS/CQS/CS/06/2014 

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin (DƏQL) maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. Layihənin məqsədi daşınmaz əmlak bazarlarını və dövlət əmlakının idarə edilməsi və istifadəsini dəstəkləyən daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sistemini təmin etməkdir. Layihə Azərbaycanda daşınmaz əmlakdan istifadə və daşınmaz əmlakdan ipoteka və girov məqsədləri üçün istifadə məsələlərini həll etməyə yardım edəcək, mülkiyyət hüquqlarının şəffaflığı və təhlükəsizliyini təkmilləşdirəcəkdir. Layihə daşınmaz əmlak bazarında olan əqdləri sürətləndirəcək və daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı xərclərin azalmasını məqsəd götürəcəkdir. Digər bir məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq və ölkədə daşınmaz əmlakın özəlləşdirilməsi üçün müxtəlif proqramların dəstəklənməsini davam etdirməkdir. Bu məqsədlərin bir çoxu informasiya texnologiyası və elektron hökumət təşəbbüsləri ilə əlaqə vasitəsilə daşınmaz əmlak bazarı informasiyasına çıxışı təmin etməklə dəstəklənir.   Bu layihə çərçivəsində DƏQL-in nəticələri bir sıra göstəricilər vasitəsi ilə monitorinq edilir ki, bu göstəricilərdən biri də müştəri məmnunluğudur. Müştəri məmnunluğu sorğusunun məqsədlərindən biri qeyd edilən sonuncu göstəricini monitorinq etməkdən ibarətdir. Bununla belə, bu sorğu DƏQ layihəsinin ayrılmaz bir hissəsidir. Bu, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən göstərilən qeydiyyat xidmətlərinin təkmilləşdirilməsinə yardım etmək üçün zəruri bir fəaliyyətdir və müvafiq proseslərin səmərəliliyinin artırılması və bunun nəticəsində də müştəri məmnunluğu səviyyəsinin artırılması deməkdir.

Keçiriləcək müştəri sorğusu DƏQL tərəfindən maliyyələşdirilən müştəri məmnunluğu sorğularından sayca üçüncüsü olacaq. Birinci və ikinci sorğuda olduğu kimi, üçüncü sorğuda da ƏMDK-ın göstərdiyi qeydiyyat xidmətlərindən müştərilərin məmnunluq səviyyəsinə dair məlumatların əldə edilməsi gözlənilir ki, bu da Azərbaycan Hökuməti, DƏQL-in İdarəetmə Qrupu və Dünya Bankının layihəyə nəzarət komandasına əməli tövsiyələrin hazırlanması üçün istifadə ediləcək. Toplanmış məlumatlar məsləhətçi şirkət tərəfindən  təhlil və şərh olunacaq. Müştəri sorğusunun nəticələrinin və verilən tövsiyələrin layihənin nəticələrinin və səmərəliliyinin artmasına gətirib çıxaracağı gözlənilir.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu xidmətlərin göstərilməsində öz marağını ifadə edən münasib yerli məsləhətçi şirkətləri (məsləhətçilər) dəvət edir.

Məsləhətçi şirkət üçün tələb olunan ixtisaslar:

A. İşçi heyəti:

- sorğu tərtibi, həyata keçirilməsi və  təhlil edilməsində və ya digər tədqiqat işində  ən azı 3 illik təcrübəsi olmalıdır;

- müştəri məmnunluğu sorğusu üzrə iş təcrübəsi tələb olunur. Daşınmaz əmlak siyasəti, daşınmaz əmlak, mülkiyyət və hüquq məsələləri üzrə iş təcrübəsinə üstünlük veriləcəkdir;

- daşınmaz əmlak hüququ, iqtisadiyyat, statistika, ictimai əlaqələr və tədqiqat da daxil olmaqla tapşırığı həyata keçirmək üçün yerli ekspertiza ilə tam təmin etməlidir;

- məlumatların toplanması və təhlilində ixtisaslı işçi heyətinin olması və əlaqədar işçi heyətləri ilə tez bir zamanda əlaqənin yaradılması.

B. Müsahibə aparan işçi heyətinin aşağıdakı ixtisasları olmalıdır:

yaxşi kommunikasiya bacarığı;

yerli dili mükəmməl bilməkbacarığı;

 daşınmaz əmlak bazarı haqqında məlumat;

statusundan asılı olmayaraq  insanlara qarşı  nəzakətlilik;

mükəmməl yazı bacarığı;

müsahibə aparmaq təcrübəsi.

Məsləhətçi şirkət ən azı bir komanda rəhbərinə və 10 komanda üzvünə (sorğuya cəlb olunan hər bir rayon üzrə bir nəfər olmaqla) malik olmalıdır. Komanda rəhbərinin ölkə iqtisadiyyatı və ya müvafiq sahədə (məsələn: hüquq, iqtisadiyyat, sosiologiya, geodeziya mühəndisliyi) ali təhsili olmalıdır. Bununla yanaşı,  komanda rəhbərinin mürəkkəb tapşırıqları idarəetmə bacarığı, yaxşı kommunikasiya (Azərbaycan və ingilis dillərində) və əlaqələndirmə bacarığı olmalıdır. Komanda üzvləri də mükəmməl yazılı və şifahi kommunikasiya (Azərbaycan dilində), araşdırma və statistik təhlil bacarıqlarına və təcrübəsinə malik olmalıdır. Göstərilən işçi heyəti hüquq, iqtisadiyyat, sosiologiya, geodeziya mühəndisliyi, İKT, kənd təsərrüfatı və ya digər müvafiq sahədə ali təhsilə malik olmalıdır. Sorğuların  aparılması üzrə təcrübəsi tələb olunur.

Məsləhətçi şirkət aşağıda qeyd olunan tapşırıqları yerinə yetirməlidir (lakin bunlarla məhdudlaşmır):

- müvafiq sənədlərə baxış;

- məlumat toplamaq üçün əsas sənədlərlə tanış olmaq (sorğu anketləri və sorğu aparmaq qaydaları);

- işə başlamazdan əvvəl sorğu anketini təsdiq olunması üçün ƏMDK/LİQ və Dünya Bankına təqdim etmək;  -  kəmiyyət və keyfiyyət araşdırmaları aparmaq;

- məlumat yoxlanışını və qeydiyyatını təşkil etmək;

- məlumatların təhlilini aparmaq, 1-dən 5-ə reytinq sistemindən istifadə etmək;

- dövri hesabat vermək.

Tapşırığın təklif olunan müddəti xidmətlərin başlanması tarixindən etibarən 3 aydır.

Maraqlanan məsləhətçilər may 2004-cü il tarixdə nəşr edilmiş, oktyabr 2006-cı və may 2010-cu illərdə düzəlişlər edilmiş"Dünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması (BYİB-in krediti və BİA-nın krediti və qrantları çərçivəsində)" üzrə təlimatında  (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar. 

Məsləhətçi, məsləhətçilər üçün təlimatda müəyyən edilmiş ixtisaslar əsasında seçilməlidir.

Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günü ərzində, saat 9.00-dan  17.00-dək müraciət etmək olar.

Maraq ifadələri 14 iyul 2014-cü il saat 18.00-a kimi yazılı şəkildə aşağıdakı ünvana şəxsən, həmçinin elektron formada təqdim edilməlidir. 

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Layihə İdarəetmə Qrupu

Nigar Hüseynova, satınalmalar üzrə assistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

Tel.: (+994 12) 510 91 45 (daxili. 7227)

Email:   [email protected] 

[email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında