Azərbaycan Respublikası Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun təkmilləşdirilməsi və yenidənqurulması

Nəqliyyat sektoru

Maliyyələşmə vasitəsi: İstisna

Maliyyələşmə nömrəsi: PAZ-0136

Azərbaycan Hökuməti İslam İnkişaf Bankının maliyyələşdirməsi vasitəsilə “Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun təkmilləşdirilməsi və yenidənqurulması” layihəsinə 224, 42 milyon ABŞ dolları dəyərində vəsait nəzərdə tutmuşdur və məlum layihə çərçivəsində bu vəsaitin bir hissəsi görüləcək işlərlə bağlı təchizatı lazım olacaq mallara, işlərə, əlaqədar xidmətlərə və məsləhət xidmətlərinə ayrılmışdır. Layihəyə aşağıdakı komponentlər daxildir:

I) Tikinti işləri: tikinti işlərinə torpaqtökmə, körpü strukturu, drenaj strukturları, avtobus dayanacaqları, mal-qara üçün yeraltı keçidlər və.s məhdudlaşdırılmadan daxil olmaqla 70.44 kilometr uzunluqda Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun təkmilləşdirilməsi və yenidənqurulması daxildir.

II) Yolun saxlanılması avadanlığı: nəqliyyat nazirliyi, “Azəryolservis” ASC tərəfindən həmin layihə çərçivəsində müəyyənləşdiriləcək və istifadə olunacaq müvafiq sayda yolun saxlanılması avadanlığının layihə ilə təchiz olunması.

III) Məsləhət xidmətləri: təfsilatlı mühəndis planının hazırlanması və layihəyə tikinti nəzarəti daxildir. Bununla yanaşı, məsləhətçi satınalma sənədlərini hazırlamalı və LİQ-ə satınalma prosesində yardımçı olmalıdır.

IV) Layihənin maliyyə auditi: layihənin maliyyə hesabatının, onun məbləğinin, büdcədən istifadənin, xüsusi hesabların (əgər varsa) və layihənin digər maliyyə aspektlərinin auditi daxildir.

V) Layihə işçi qrupunun (LİQ) maliyyələşdirilməsinə:LİQ heyətinin saxlanılması xərcləri, mükafat və əvəzi verilən xərclər, nəqliyyat vasitəsi və ofis avadanlıqları xərcləri daxildir.

İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən müqavilələr üzrə satınalma prosesi İslam İnkişaf Bankı Maliyyələşməsi vasitəsilə (cari nəşr) mallar və işlər üçün satınalmada təyin olunan qaydalar üzrə aparılmalı və qaydalarda təyin olunan iddiaçılara açıq olmalıdır.

Məsləhətçi İslam İnkişaf Bankı Maliyyələşməsi vasitəsilə (cari nəşr) məsləhətçilərin istifadəsi üzrə qaydalara uyğun seçilir.

İslam İnkişaf Bankının beynəlxalq rəqabət təklifləri (BRT) və beynəlxalq rəqabət təkliflərinə üzv olacaq ölkələr (BRÜÖ) proseduru çərçivəsində təklif olunacaq müqavilələr və məsləhət xidmətləri üzrə müqavilələr üçün xüsusi satınalma bildirişləri elan olunur və bu elan İİB-nin vebsaytında, həmçinin geniş beynəlxalq nəşrlərdə “Al-Khaleejiah” qəzeti və Azərbaycanda “Xalq qəzeti”ndə dərc olunur.

Podratçıların və təchizatçıların ilkin ixtisası tikinti işləri müqaviləsinin satınalınması üçün tələb olunur.

BRT və ya BRT/ÜÖ vasitəsilə keçiriləcək tenderə dəvət olunmaq üçün elektron poçt siyahısına daxil olmaq istəyən maraqlı iddiaçılar və məsləhətçi müqaviləsi üçün maraq ifadəsini təklif edən və ya digər əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:

Əlaqə məlumatları:  Cavid Qurbanov, vəzifə: “Azəryolservis” ASC-nin sədri

Təşkilat: Nəqliyyat Nazirliyi

Ünvan: Ü.Hacıbəyli küçəsi, 72/4, AZ 1010

Email: [email protected]

Tel: +994 12499 64 72

Fax: +994 124996463

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında