Tarix: 15 may 2014-cü il
Borc no. və adı: Avtomobil Yolu Şəbəkəsinin İnkişafına dair İkinci İnvestisiya
Proqramı, Layihə 2 üzrə çoxtranşlı maliyyələşmə xətti
Müqavilənin nömrəsi və adı: 01/2014/AZE Ələt-Astara magistral avtomobil yolunun
Cəlilabad - Şorsulu yol kəsişməsi
(km 110+700 - km 80+600)
Tender təkliflərinin təqdim edilməsinin yekun tarixi: 14 iyul, 2014-cü il saat 17:00 (yerli vaxt)
1.Azərbaycan Hökuməti Ələt-Astara magistral avtomobil yolunun daxil edildiyi Avtomobil Yolu Şəbəkəsinin İnkişafına dair İkinci İnvestisiya Proqramının icrası məqsədilə borc almışdır. Bu borcun bir hissəsi yuxarıda qeyd olunan müqavilə çərçivəsində ödənişlər üçün istifadə ediləcəkdir. Tender AİB-ə üzv ölkələrdən olan iddiaçılar üçün açıqdır.
2.Nəqliyyat Nazirliyi, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad-Şorsulu yol kəsişməsinin (km 110+700 - km 80+600) tikintisi üzrə nəzərdə tutulan ixtisas meyarlarına cavab verən iddiaçıları tender təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir. Bu avtomobil yolu 30.1 km uzunluqda olub Cəlilabad yaxınlığında yol kəsişməsindən başlayır və Şorsulu yaxınlığındakı növbəti yol kəsişməsində sona çatır. Bütün magistral yol mövcud avtomobil yolundan asılı olmayan yeni yol oxuna malikdir. Bu hissə asfaltla döşənmiş çiyinlərə malik 4-zolaqlı hərəkət hissəsindən, bir yol kəsişməsi və iki körpüdən ibarət olacaqdır. İşlər 36 ay müddətində başa çatacaqdır.
3.İddiaçılar tikinti işləri üzrə tender təkliflərini bu şərtlə təqdim edə bilərlər ki, onlar müvafiq ixtisas meyarlarına cavab versinlər və müqaviləni qənaətbəxş səviyyədə icra edə bilsinlər.
4.Tender prosesi tender sənədlərində göstərilən aşağıdakı meyarlara cavab verən bütün iddiaçılar üçün açıqdır:
I.son 3 ildə 170 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi;
II.bu layihə üzrə tələb olunan maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlər, vergidən azad maddi aktivlər, kredit xətləri və digər maliyyə resurslarına malik olmaq;
III.son beş ildə təklif olunan işlərə oxşar olan və iddiaçının iştirakı 160 milyon ABŞ dollarından çox olan ən azı iki müqaviləni uğurla və ya əsaslı şəkildə başa çatdıran əsas podratçı, icraçı podratçı və ya subpodratçı qismində iştirak;
IV.son beş ilin istənilən hər bir ili üçün aşağıdakı əsas fəaliyyətlər üzrə minimal tikinti təcrübəsi;
a.istənilən ildə ən azı 2 200 000 m3 torpaq yatağının tikintisi;
b.istənilən ildə döşəmə ərazisi ən azı 2000 m2 olmaqla çoxaşırımlı körpülərin tikintisi;
c.istənilən ildə ən azı 125 000 m3 dənəvər tərkibli yol geyimi materialının qoyulması;
d.istənilən ildə ən azı 90 000 m3 asfaltın qoyulması.
5.Beynəlxalq rəqabətli tender (BRT) Asiya İnkişaf Bankının bir mərhələli iki zərfli tender proseduruna müvafiq keçiriləcək və iştirak hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.
6.Tender sənədlərinə dair əlavə məlumat əldə etmək istəyən iddiaçılar bütün iş günü ərzində saat 10:00 -dan 16:00 - a qədər aşağıda qeyd olunan ünvanla əlaqə saxlaya bilərlər:
Cənab Cavid Qurbanov - “Azəryolservis” ASC-nin sədri
Əlaqələndirici şəxs: Cəmil Rüstəmxanlı
Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi 72/4,
“Azəryolservis” ASC, 8-ci mərtəbə, LİQ-in ofisi
Telefon: 994 12 493 60 09
Faks: 994 12 493 60 09
Email: [email protected]
7. Maraq göstərən iddiaçılar tender sənədlərini ingilis dilində yazılı müraciətnamə təqdim etməklə 200 AZN (iki yüz) və ya bu məbləğə ekvivalent olan 250 ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi “Azəryolservis” ASC- nin xəzinəsinə köçürməklə və nağd ödəməklə əldə edə bilərlər. Bank hesabı aşağıda göstərildiyi kimidir:
Azərbaycan Respublikası
Beynəlxalq Bankın Nəqliyyat filialı
SWİFT: İBAZAZ2X
Hesab nömrəsi : 33306019449345490205 AZN
33316018409345490205 USD
İD kodu: 9900013141
8. “Azəryolservis” ASC tender təkliflərinin hazırlanması və çatdırılması ilə əlaqədar iddiaçıların xərcləri üçün məsuliyyət daşımır.
9.Tender təklifləri
*Yuxarıda 6-cı paraqrafda göstərilən ünvana
*14 iyul 2014-cü il saat 17:00-dək
*Tender sənədində (tenderin məlumat səhifəsi) qeyd olunan 3 milyon AZN və ona ekvivalent olan məbləğdə tender təklifinin zəmanət forması ilə birgə təqdim edilməlidir.
Gec təqdim edilən tender təklifləri ləğv ediləcəkdir. Tender təklifləri iştirak etmək istəyən iddiaçıların nümayəndələrinin iştirakı ilə yekun tarixdə açıqlacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.