“Respublika Günü”ndə “May sevincləri”

Bayram günlərində xüsusi lotereya tirajlarının keçirilməsi xoş ənənəyə çevrilmişdir. Gündəlik və həftəlik lotereyalarda daha böyük məbləğdə uduşlar oynanılsa da, bayram lotereyaları kifayət qədər geniş populyarlıq qazanıb. Məsələn, mart ayında daimi lotereyalarda bir neçə Chevrolet “Aveo”, Nissan “Sunny”, Kio “Rio” avtomobilləri, 147 min 125 manat və 70 min 125 manat məbləğində iki “Cek Pot” udulmasına baxmayaraq,  8 mart və Novruzda keçirilən lotereyaların qalibləri üçün uduşlar bayram hədiyyəsi kimi xüsusi məna kəsb edirdi. Şəki sakini İntizar Cəlilova, Tərtər sakini Mürsəl Novruzov və Cəlilabaddan Şakir Xudiyev “Bahar sevincləri” lotereyasında udduqları Chevrolet “Aveo”, Kio “Rio” və Chevrolet “Captiva” avtomobillərinin sevincini yaşamaqda ikən, “May sevincləri” lotereyasının tirajı özünü yetirməkdədir.

 May ayında da möhtəşəm uduşlar qeydə alınıb.  Mayın 12-də Bakı sakini Hamlet Qəniyev “5/36" lotereyasında 93 min 855 manat məbləğində uduşa sahib oldu. Lotereyaların daimi iştirakçılarının diqqətlərinin həftəlik “Binqo”, “Klassik Loto” və “Super Loto” lotereyalarının hər biri 175 min manat məbləğində və “6/40” lotereyasının 315 min manatı üstələməkdə olan əsas uduşlarına yönəlməsinə baxmayaraq, “May sevincləri” lotereyasının iştirakçıları səbirsizliklə 28 May “Respublika Günü”nü gözləyirlər: mayın 28-də axşam saat 19.30-da “Space” telekanalının çoxsaylı tamaşaçıları canlı yayımda möhtəşəm tirajı izləyə biləcəklər. Yeri gəlmişkən, bu tiraj öz sadəliyi ilə seçilir. Birinci turda biletin üzərində olan beş üfüqi sıradan hər hansı biri, ikinci turda hər hansı ikisi, üçüncü turda hər hansı üçü, dördüncü turda hər hansı dördü və nəhayət, beşinci turda üfüqi sıraların beşi də tam dolmuş bütün biletlər uduşlu sayılır. Hər turun qalibi və ya qalibləri sanballı pul uduşları qazanacaqlar. Bundan başqa,  bütün turlarda  ilk “gözləyənlər” mükafatlandırılır, ikincisi hər hansı turda  istənilən uduşa düşmüş lotereya bileti oyunu sonadək davam etdirir və bütün uduşlar cəmlənir.

 “May sevincləri” lotereyası daha bir özəlliyə də malikdir. Məsələ burasındadır ki, burada əsas həyəcan həvəsləndirici turlarda yaşanır. Belə ki, əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların lototrondan çıxarılması ilə müəyyən edilmiş altı rəqəm lotereya biletinin nömrəsi ilə uyğun gələrsə, bilet Nissan “Navara” avtomobili udur. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. Başqa sözlə,  Nissan “Navara” avtomobili yüz faiz uduşludur.

Əsas turlar başa çatdıqdan sonra iştirakçılar daha bir avtomobil udmaq şansına malik olacaqlar.  Lotereya biletlərinin seriya nömrələri ilə Nissan “Juke” avtomobili oynanılır. Bu avtomobil də yüz faiz uduşludur. Həvəsləndirici turlarda da  uduşa düşmüş  lotereya biletləri oyunu, əsas turlar da daxil olmaqla, sonadək davam etdirir və bütün uduşlar cəmlənir. Mayın 28-də bayram günündə axşam möhtəşəm tiraj keçiriləcək və iştirakçılar çoxsaylı sanballı pul uduşları ilə bərabər yolsuzluq nə olduğunu bilməyən  Nissan “Navara” və bənzərsizliyin sübutu olan Nissan “Juke” avtomobilləri ilə əsl may sevincləri yaşayacaqlar. Siz niyə qalib olmayasınız? Stereotipləri sındırın! Özünüzü sınayın və may sevincləri yaşayın!

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında