MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN (MƏSLƏHƏT XİDMƏTLƏRİ – ŞİRKƏTLƏRİN SEÇİMİ)

Azərbaycan Respublikası

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

 Tapşırığın adı: Azərbaycan Respublikasının Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanması

Müqavilənin nömrəsi: C-19

Azərbaycan Hökuməti Dünya Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə əlavə maliyyələşmə almış və bu kredit vəsaitinin bir hissəsini məsləhət xidmətlərinə tətbiq etmək niyyətindədir.

Məsləhət Xidmətlərinə (xidmətlər) Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair xidmətlərin göstərilməsi üçün gələcək investisiyalar, vəzifələr, fəaliyyətlər və məqsədlərin təməli olacaq Milli Strategiyanın hazırlanmasında Azərbaycan Hökumətinə kömək göstərilməsi daxildir. Bu Milli Strategiyada ölkə daxilində əmələ gələn müxtəlif növ bərk tullantı axınlarının toplanması, təkrar emalı və zərərsizləşdirilməsi fəaliyyətlərinin əhatə olunması nəzərdə tutulur. Milli Strategiya ilk növbədə ev təsərrüfatı nəticəsində yaranan qarışıq məişət tullantıları, kommersiya və sənaye tullantıları, bağ və park tullantıları, tikinti və söküntü tullantıları, küçə süpürüntüləri tullantıları daxil olmaqla, ümumi bərk məişət tullantılarının idarə olunmasını əsas götürəcək. Milli Strategiyada həmçinin bu strategiyanın vəzifələri və fəaliyyət hədəflərini qarşılamaq üçün və hər hansı bir rəhbər qanun və təlimatların hazırlanması ilə nəticələnə biləcək yerli və regional qısa və uzunmüddətli fəaliyyət plan və proqramların yaradılmasının həvəsləndirməsi gözlənilir.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu münasib məsləhətçi şirkətləri (məsləhətçiləri) xidmətlərin göstərilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq təcrübə və ixtisaslara malik olduqlarını nümayiş etdirən məlumatları təqdim etməlidirlər.

Seçim üçün meyarlar aşağıdakılardır: milli və regional bərk məişət tullantıları idarəçiliyinə dair plan və strategiyanın hazırlanması sahəsində təcrübə; poliqon və ötürücü məntəqələr daxil olmaqla, potensial tullantıların zərərsizləşdirilməsi sahələrinin müəyyənləşdirilməsi üçün texniki iqtisadi əsaslandırma sahəsində təcrübə; bərk məişət tullantılarının idarəçiliyi sahəsində infrastrukturun tikintisi və istismar əməliyyatları üzrə iqtisadi təhlil və xəclərin dəqiq hesablanması sahəsində təcrübə.

Maraqlı məsləhətçilərin diqqəti Dünya Bankının maraqların toqquşmasına dair siyasətini müəyyən edən Dünya Bankından Borc Alanlar tərəfindən seçim və işə qəbul ilə bağlı təlimatların (yanvar, 2011) (məsləhətçi təlimatları) 1.9 bəndinə yönəldilir.

Məsləhətçilər iş keyfiyyətlərini artırmaq üçün birgə müəssisə və ya sub-məsləhətçi şəklində digər şirkətlərlə birləşə bilərlər.

Seçim məsləhətçi təlimatlarında müəyyən olunmuş keyfiyyət əsasında seçim (KƏS) üsulu ilə həyata keçiriləcəkdir.

Maraqlananlar ətraflı məlumatı iş saatları ərzində (bazar ertəsindən cümə gününədək saat 9.00-dan 18.00-dək) aşağıda göstərilən ünvandan əldə edə bilərlər.

Maraq məktubları 3 iyun 2014-cü il Bakı vaxtı ilə saat 17.00-dan gec olmayaraq yazılı şəkildə (şəxsən, poçt və ya email vasitəsilə) aşağıdakı ünvana göndərilməlidir.

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi

Hüseynqulu İsmayılov, satınalma üzrə mütəxəssis

Xocalı prospekti 55, AZ1025, Bakı, Azərbaycan

Tel: (+99412) 4644156

Faks: (+99412) 4644157

E-mail: [email protected][email protected]

İnternet səhifə: www.iswm.az ttr://www.iswm.az

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında