“Universal Çağrı mərkəzi” üçün loqotip və şüar müsabiqəsinin elanı

Azərbaycan Respublikası Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edəcək “Sahibkarlıq fəaliyyəti sahəsində Universal telefon məlumat xidməti - Çağrı Mərkəzi” barədə Vergilər Nazirliyi tərəfindən müsabiqə elan edilir.

Müsabiqənin mövzuları:

“Universal Çağrı  mərkəzi” loqotipi üzrə

“Universal Çağrı  mərkəzi” şüarı üzrə

Müsabiqəyə təqdim olunan loqotipə və şüara aid tələblər

Müsabiqədə iştirak sərbəstdir

Müsabiqəyə hər bir şəxs tərəfindən təqdim edilən loqotip və (və ya) şüar sayına məhdudiyyət qoyulmur

Müsabiqə istirakçılarından kreativlik tələb olunur

Təqdim olunan loqotip və (və ya) şüar unikal olmalı, hər hansı təşkilatın loqosuna, şüarına və ya devizinə, marka və ya nişanına bənzəməməlidir

Plagiat hesab olunan loqotip və (və ya) şüar müsabiqəyə qəbul edilməyəcəkdir.

Müsabiqəyə təqdim olunan loqotipin aşağıdakı şərtlər daxiində göndərilməsi tövsiyə olunur (loqotipin başqa formatda, ölçüdə göndərilməsinə məhdudiyyət qoyulmur):

Loqotip PNG, TİFF, CDR, PSP, Aİ, EPS, WMF formatlarından birində olması  

Loqotipin ölçüsünün 300 dpi və daha çox olması

Loqotipin rəngli və monoxrom variantda təqdim olunması

Müsabiqəyə təqdim olunan şüarın aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur (şüarın bir neçə sözdən ibarət olmasına məhdudiyyət qoyulmur):

Azərbaycan dilində olması

Üç sözdən artıq olmaması

2014-cü ilin mayın 6-dan 26-dək davam edəcək müsabiqəyə təqdim edilmiş ən maraqlı, kreativ və “Universal Çağrı  mərkəzi”nin  fəaliyyətinə uyğun loqotip və şüarların ən yaxşısı seçilərək onların müəllifləri mükafatlandırılacaq:

Loqotip üzrə : “Surface PRO” planşeti ilə

Şüar üzrə: “Microsoft Surface RT + Touch Cover” planşeti ilə

İştirakçılar öz işlərini facebook.com/vergiler - səhifəsinə, həmçinin [email protected] ünvanına göndərə bilərlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında