Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi

“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üçün Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2014-cü ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirakı məqsədilə

MÜSABİQƏ  ELAN  EDİR

 

Proqramın məqsədi Azərbaycanın şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

menecment sahəsində azı 1 (bir) il iş təcrübəsi;

yaşı 45-dən çox olmamalı;

ingilis dilini bilməli.

Qeyd: tədris və təcrübə ingilis dilində aparılacaqdır.

Almaniyada keçiriləcək  ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursunun keçirilməsi vaxtı: oktyabr-noyabr 2014-cü il

1 ay müddətində keçiriləcək ixtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir. 30 iyun - 1 iyul 2014-cü il tarixlərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

- Namizəd haqqında məlumat (candidate profile);

- zəmanət məktubu (letter of refrence);

- vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış.

Formaları Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.gov.az saytından əldə etmək olar.

Sənədlər 2014-cü il iyunun 25-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı, A.M.Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, otaq 402, tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova.

Tel: (012) 431-39-07, 430-93-22, e-mail: [email protected]

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında