Tarix: 16 avqust, 2010-cu il Borc N: 2354 AZE- Yol Şəbəkəsinin İnkişaf Proqramı, Layihə 1: Cənub Nəqliyyat Dəhlizinin Təkmilləşdirilməsi Layihəsi Müqavilənin nömrəsi və adı: 05/2009/2354 AZE Masallı-Astara avtomobil yolu, hissə A Təkliflərin təqdim edilmə

1. Azərbaycan hökuməti Masallı-Astara avtomobil yolu layihəsinin daxil edildiyi Yol Şəbəkəsinin İnkişaf Proqramı, Layihə 1: Cənub Nəqliyyat Dəhlizinin Təkmilləşdirilməsi Layihəsinin həyata keçirilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) borc alaraq həmin vəsaitin bir hissəsini sözügedən layihə çərçivəsində aparılacaq ödənişlərə sərf etmək niyyətindədir. Tender AİB-in məqbul hesab etdiyi ölkələrdən olan iddiaçılar üçün açıqdır.
2. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti ("Sifarişçi") Masallı-Astara avtomobil yolunun A hissəsinin (0 km -22.15 km) tikintisi üzrə nəzərdə tutulan ixtisas meyarlarına cavab verən iddiaçıları Beynəlxalq Rəqabətli Tender (BRT) çərçivəsində tender təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir. Podrat işlərinə 22.15 km uzunluğunda iki hərəkət hissəli avtomobil yolu, müxtəlif səviyyəli iki yol kəsişməsi, on körpü, drenaj qurğuları (düzbucaqlı və dairəvi suötürücü borular daxil olmaqla) və bir yol ötürücüsünün tikintisi işləri daxildir.
3. İddiaçılar üçün nəzərdə tutulan ixtisas meyarlarına aşağıdakılar daxildir:
I. Son 3 il üzrə 100 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi
II. 23 milyon ABŞ dolları dəyərində maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlər, vergidən azad maddi aktivlər, kredit xətləri qismində maliyyə resurslarına malik olma
III. Nəzərdə tutulan işlərə oxşar olaraq hər birinin dəyəri minimum 85 milyon ABŞ dolları olan son beş ildə ən azı üç müqavilə üzrə podratçı, icraçı podratçı və ya subpodratçı qismində iştirak
IV. Son beş il üzrə təcrübə: (a) illik ən azı 1,000,000 m3 torpaq yatağının tikintisi (b) illik ən azı 8,000 m2 körpü döşəməsi ərazisi ilə yanaşı çox aşırımlı körpünün tikintisi (c) illik ən azı 150,000 m3 dənəvər yol geyimi materialının qoyulması, (d) illik ən azı 90,000 m3 asfaltın qoyulması.
4. Tender sənədlərinə dair əlavə məlumat əldə etmək məqsədilə iddiaçılar aşağıda qeyd olunan ünvanla əlaqə saxlaya bilərlər:
Cavid Qurbanov - sədr
Əlaqə saxlanılan şəxs: Adil Qocayev
Ünvan: Üzeyir Hacıbəyov küçəsi, 72/4
Telefon: 994 12 493 00 45
Faks: 994 12 493 46 65
Email: [email protected]
5. Maraqlanan iddiaçılar tender sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 200 AZN (iki yüz) və ya bu məbləğə ekvivalent olan ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi "Azəryolservis" ASC- nin xəzinəsinə köçürməklə və nağd ödəməklə 2010-cu il avqustun 20-dən etibarən əldə edə bilərlər. Bank hesabı aşağıda göstərildiyi kimidir:
Azərbaycan Respublikası
Beynəlxalq Bankın Nəqliyyat filialı
SWIFT: IBAZAZ2X
Hesab nömrəsi :
33306019449345490205 AZN
33316018409345490205 USD
İD kodu : 9900013141
6. Tender sənədləri 6 oktyabr 2010-cu il saat 17:00-dək aşağıda göstərilən ünvana 1,7 milyon AZN və ya bu məbləğə ekvivalent olan sərbəst köçürülə bilən valyutada tender zəmanəti ilə birgə təqdim olunmalıdır.
Tender təklifləri iddiaçıların nümayəndələrinin iştirakı ilə yekun tarix müddətində açılmalıdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında