Nəsimi rayonunda əhalinin tibbi müayinəsi davam edir

 

 

Nəsimi rayonunda əhalinin tibbi müayinəsi davam edir

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyədə də uğurlar əldə edilib. Bakıda və regionlarımızda yeni, müasir standartlara cavab verən tibb müəssisələri tikilərək istifadəyə verilir, mövcud səhiyyə obyektləri əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz olunur, əhalinin sağlamlığı ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinəsi davam edir.

Fevalın 17-dən mayın 1-dək ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi prosesi Nəsimi rayonunda mütəşəkkil surətlə davam edir. Qeyd edək ki, bu kampaniyanın yüksək səviyyədə keçirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış və ona müvafiq tapşırıqlar verilmişdir.

 Tibb müəssisələrində lazımi şərait yaradılmış, evlərdə sakinlərin müayinəsi üçün səyyar briqadalar təşkil olunmuşdur. Müxtəlif təşkilatlarda və təhsil müəssisələrində də səyyar tibbi müayinələr keçirilir, əhali arasında təbliğat-təşviqat məqsədilə seminarlar təşkil edilir.

Tibbi müayinələri rayon ərazisində yerləşən 5 və 20 saylı şəhər poliklinikaları, Nəsimi rayonu sakinlərinə xidmət edən 1 və 3 saylı poliklinikalar həyata keçirirlər. Aprelin 11-nə olan məlumata görə, müayinəsi nəzərdə tutulmuş 137850 rayon sakinindən 73947 nəfəri tibbi müayinədən keçmişdir. Onlardan 24382 nəfəri ambulator, 369-u isə stasionar müalicəyə cəlb olunmuşdur.

Dünən növbəti müayinə 20 sayli poliklinikada olmuşdur. Sonra poliklinikanın səyyar briqadası tərəfindən 9 saylı orta məktəbdə sakinlər müayinədən keçmişlər. Rayon sakinlərindən Tofiq Allahverdiyev və Nailə Abdalova əhalinin sağlamlığı məsələsini daim diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimiz  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Nəsimi rayonunda əhalinin tibbi müayinəsi ilə bağlı işlərin lazımi səviyyədə davam etdirilməsi və uğurla başa çatdırılması üçün zəruri tədbirlər görülür.

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında