Təkliflər üçün dəvət

Azərbaycan Respublikası Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəetmə Sisteminin Yaradılması (DƏQKİSY)
Kredit No. 7435 AZ
BMT No: RER/G/RERCMS/08/10
Azərbaycan Höküməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin xərclərini əhatə etmək üçün kredit almışdır və vəsaitlərin bir hissəsini Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəetmə Sistemi üzrə müqavilə çərçivəsində xərcləməyi planlaşdırır: İCB No: RER/G/RERCMS/08/10. Layihənin İdarəetmə Qrupu icraçı agentlik kimi çıxış edir və İddiaçıları biznes proseslərinin modernizasiyası, quraşdırma, inteqrasiya, təlimlər və texniki dəstəklə bağlı xidmətlərin göstərilməsi daxil olmaqla, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəetmə Sisteminin yaradılmasına dair təklifləri bağlı zərfdə təqdim etməyə dəvət edir.
Tender Dünya Bankının Təlimatlarında göstərilmiş Beynəlxalq Müsabiqəli Tender (BMT) prosedurası vasitəsilə həyata keçiriləcəkdir. Təlimatlara əsasən icazə verilən mənbə ölkələrindən olan istənilən iddiaçı iştirak edə bilər.
Təklifin təqdimatında maraqlı olan və buna hüququ olan iddiaçılar bütün aidiyyətı məlumatları Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi (Nigar Həsənova, Satınalmalar üzrə mütəxəssisdən) saat 9:00 dan 18:00 kimi aşağıdakı ünvanda tanış ola bilər. Təkliflərin təqdimatı üçün zəruri olan sənədlər toplusunu iddiaçı aşağıdakı ünvana yazılı müraciət edərək və geri qaytarılmayacaq məbləği - 250 ABŞ dolları və ya 200 AZN ödəyərək əldə edə bilər. Ödəniş metodu Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, LİQ adına aşağıdakı hesaba birbaşa depozit və ya bank köçürülməsi ilə olacaqdır. Marağı olan iddiaçılar həmin ünvanda daha ətraflı məlumat əldə edə bilərlər.
Bank Hesabı:
Azərbaycan Respublikasının Beynəlxalq Bankı
Code 805045
Tax ID Code: 9900001881
Corr.Acc: 0137010002944
S.W.I. F.T Bank: IBAZAZ2X,
Benefisiar: Real Estate Registration Project, State Committee for Property Issues
Account No: AZN 33308029449330358120
USD 33318028409330358120
Tax ID: 2000015631
Bütün tender təklifləri 100 000 ABŞ dolları dəyərində olan tender təklifinə zəmanət məktubu ilə müşaiyət olunmalıdır. Təkliflər aşağıda göstərilmiş ünvana 25 oktyabr 2010-cu il tarixə qədər, səhər saat 11:00-dək təqdim olunmalıdır. Gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir. Təkliflər daha sonra aşağıda göstərilmiş ünvanda açılış mərasimində iştirak etmək arzusunda olan iddiaçı nümayəndələrin və tender komissiyasının qarşısında açılacaqdır.
Ünvan:
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq № 612
AZ1073, Bakı, Azərbaycan.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi,
Nigar Həsənova, Layihə İdarəetmə Qrupunun Satınalmalar üzrə mütəxəssisi Email: [email protected]
Telefon.: (+994 12) 510 91 45
Faks: (+994 12) 510 91 47
{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında