Yeni “Fresco” supermarketi Novxanıda açıldı

 

 

Çimərlik mövsümünün açılışı ərəfəsində “Fresco” öz alıcıları üçün sürpriz hazırlayıb. Sahilyanı ərazidə, Novxanı qəsəbəsində ticarət sahəsi 1000 m2 olan yeni mağaza alıcıların istifadəsinə verildi.

 

Zəngin seçim

 

Yeni “Fresco” supermarketində alıcıları təkrar gəlişə sövq edən təzə məhsulların satışına üstünlük verilir. Xüsusilə, bu mövsümdə geniş meyvə və tərəvəz seçimləri ön plandadır. Bundan başqa, yenicə bişirilmiş çörəklər, tortlar, müxtəlif növ un məmulatları, təzə ət və digər məhsullar müştərilərə təqdim edilir.

Xüsusilə tələbkar alıcılar, dadlı yemək və içkiləri sevənlər delikates və nəfis şərablar bölmələrində zövqlərini oxşayan məhsullar tapa bilərlər. “Fresco” supermarketində təkcə çeşidə görə deyil, həm də istehsalçı ölkəyə və ya brendə əsasən məhsullar tapmaq mümkündür.

 

Avropa keyfiyyəti

 

Yeni mağazada lazımi məhsulun axtarışı üçün vaxt itirmək lazım deyil, belə ki, hər şey ən yeni riteyl texnologiyası və   Avropa keyfiyyət standartları ilə işləyir. Azərbaycan ənənələrinə sadiq qalaraq, mağazanın işçiləri alınan malları çəkməyə, qablaşdırmağa və daşımağa kömək edir.

“Fresco” supermarketlərində həmişə isti, işıqlı atmosfer mövcuddur. Satıcılar öz işini sevir və alıcılara qarşı çox diqqətlidirlər. Çimərliyə gedərkən, yaxud çimərlikdən evə qayıdarkən, yeni supermarketdə alış-veriş sizin üçün ailə ilə keçirilən istirahət gününün və ya dostlarla istirahətin xoş bir parçasına çevrilə bilər.

 

Ən yaxşı qiymətlər

 

Açılış günü 11 aprel tarixində yeni “Fresco” supermarketində alıcıları hədiyyələr və məhsulların bir çoxlarına xüsusi qiymət təklifləri gözləyir. Endirimlər xüsusi tablolarda və  lövhələrdə qeyd olunub. Bu endirimlər ilk müştərilərə alış-veriş zamanı xeyli miqdarda qənaət etmək fürsəti verir.

 

“Fresco” supermarketinə bir neçə dəfə gəlməyi planlaşdıran istənilən alıcı diskont-yığım kartı əldə edə bilər. Kart sistemi supermarket şəbəkəsində artıq uzun müddətdir işləyir və “Fresco”ya bu üsulla öz loyal müştərilərinə minnətdarlıq bildirmək imkanı verir. Alınan malların müqabilində kartda bonuslar yığılır. Bonus məbləği bütün “Fresco” supermarketlərində növbəti alış-veriş zamanı endirimlər əldə etməyə imkan verir.

 

Arayış: 

 

“Fresco” - Azərbaycan bazarında tələbkar müştərilər arasında əlçatan və keyfiyyətli brend mövqeyi tutmağa iddia edən bir supermarketlər şəbəkəsidir. Yeni “Fresco” supermarketi Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərən “Azeri Retail” şirkətinin ticarət şəbəkəsinə daxil olmuş dördüncü supermarketdir. Yeni  “Fresco” supermarketlər şəbəkəsi üçün ən vacib məqsəd kimi malların təzəliyi, yeniliklər, keyfiyyət, personalın mehribanlığı və ən yaxşı qiymətlər seçilmişdir.

 

Yeni “Fresco” supermarketinin ünvanı:

Novxanı qəsəbəsi, Novxanı şosesi

 (Polis idarəsi ilə üzbəüz)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında