Yeni lotereya: “Avto Sürpriz 2014”

 

Yeni lotereya: “Avto Sürpriz 2014”

Alın və uduş sevinci yaşayın

Yazın ilk bayramlar ayını yola saldıq. Bu ay “Binqo+8” lotereyasından daha üç Chevrolet “Aveo” avtomobili öz sahiblərini tapdı. Bakı şəhər sakinləri Hidayət Nağıyev, Asim Əliyev və Şahbuz rayonundan Əfrəddin Həsənov indi öz uduşlarının sevincini yaşayırlar.

Müxtəlif lotereyalar,  avtomobil uduşları, sanki yarışa giriblər. Qəbələ rayonundan İmran Mustafayev, Qaxdan Samir Məmmədov və Ağstafadan Şadət Bağırov bu ay ərzində “Klassik Loto” lotereyasından hərəyə bir Nissan “Sunny” avtomobili uddular.

“5|36” lotereyası mart ayında da lotereya həvəskarlarını sevindirməkdə davam edib. Bu lotereyada martın 4-də Tərtər sakini Natiq Ələkbərov 147 min 25 manat, 26-da isə Cəbrayıl rayonundan Qədir Mehdiyev 70 min 125 manat məbləğində “Cek Pot”a sahib olublar. Kimin hansı lotereyada udub-udmamağından asılı olmayaraq, iştirakçıların zövqləri, müxtəlif oyunlara münasibəti, adətən dəyişməz qalır.

Son vaxtlar çoxları ani lotereyalara üstünlük verirlər. Yeri gəlmişkən, ABŞ-ın “La fleurs magazine” dərgisinin araşdırmalarına görə, son on il ərzində ABŞ və Avropanın lotereya bazarlarında ani lotereyalar sürətlə populyarlaşmaqdadır. Bir neçə ildir ki, Azərbaycan lotereya bazarında da ani lotereyalar uğurla fəaliyyət göstərir və bu günlərdə yeni  “Avto Sürpriz 2014” lotereyası satışa çıxarılıb.

Müasir dizayna malik lotereya biletinə nəzər salsaq, görərik ki, onun üzərində yerləşən oyun zonası iki örtülü dairədən ibarətdir. Örtülü dairələri pozduqdan sonra dairələrdə əks olunmuş “BİR”, “İKİ”, “BEŞ”, “ON”, “ƏLLİ”, “YÜZ”, “MİN” sözləri lotereya biletlərinin üzərində olan pozulan dairələrin hər ikisində təkrarlanarsa, siz həmin məbləğdə pul uduşuna sahib olursunuz. Bu sözlərin üst-üstə düşmədiyi yeganə halda, başqa sözlə, pozma zonalarından birində “BEŞ”, digərində isə “MİN” sözləri əks olunarsa, siz 5 min manat udursunuz.

Aldığınız bilet üzərindəki örtülü dairələri pozduqda soldakı dairədə “Hyundai”, sağda isə “Accent” sözlərini görürsünüzsə, deməli siz həmin an Hyundai “Accent” avtomobilinə sahib olursunuz. “Avto Sürpriz 2014" iştirakçılara iki belə avtomobil bəxş edir və avtomobil uduşları bununla bitmir. Siz biletiniz üzərindəki dairələri pozduqda soldakı dairədə ”Hyundai", sağda isə “Santa Fe” sözlərini oxuduğunuz an Hyundai “Santa Fe” avtomobilini udmuş olursunuz.

Yeni - “Avto Sürpriz 2014" lotereyası alın, pozun və bir an içərisində uduş sevincini yaşayın!

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında