Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Mətbuat Şurası

                Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində görülmüş işlərə həsr olunmuş “Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır” mövzusunda jurnalistlər arasında yaradıcılıq müsabiqəsi keçirir

 

 

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

Müsabiqəyə Heydər Əliyev strategiyasının ölkə regionlarının inkişafında rolu, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində görülmüş işlər, regional dövlət proqramlarının ölkənin iqtisadi inkişafında əhəmiyyəti, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından gözlənilən nəticələr istiqamətləri üzrə məqalələr, televiziya və radio süjetləri təqdim edilə bilər.

Müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər. Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (süjet) təqdim edə bilər.

Təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər. Məqalələr, televiziya və radio süjetləri Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır.

 Məqalənin sonunda, televiziya və ya radio süjetlərdə “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.

 Məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla yaradıcılıq müsabiqəsində iştirak etmək istəyən namizədin vəsiqəsinin surəti ilə birlikdə 1 may 2014-cü il tarixədək İqtisadiyyat və Sənaye Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cü otaq) təqdim edilməli, elektron formada “[email protected]” poçt ünvanına göndərilməlidir.

Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya və radio süjetləri İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış komissiya tərəfindən 10 may 2014-cü il tarixədək qiymətləndiriləcək və müsabiqənin qalibləri elan ediləcəkdir.

Müsabiqədə iştirak məqsədilə hazırlanmış bütün məqalələr, televiziya və radio süjetlər nazirliyin www.economy.gov.az internet saytında yerləşdiriləcəkdir.

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır.

Müsabiqə ilə bağlı əlavə məlumatı əlaqələndirici şəxsdən almaq olar:

(İqtisadiyyat və Sənaye Nazirliyinin  ictimaiyyətlə əlaqələr şöbəsi, tel: 493-88-67, daxili: 20-45 Vüsalə Quliyeva).

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında