AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SƏRHƏD XİDMƏTİ

Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü münasibəti ilə

MÜSABİQƏ  ELAN  EDİR

Müsabiqə gənc nəslin Vətənə və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi, müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan sərhədlərimizin müqəddəsliyinin, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xüsusiyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılnması, sərhədlərimizin mühafizəsi sahəsinndə əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır. Müsabiqə üç nominasiya üzrə keçirilir - bədii ədəbiyyat (şeir, hekayə); təsviri sənət (rəngkarlıq, qrafika) və qəzet məqaləsi.

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

Bədii ədəbiyyat üzrə:

Şeir

I yer - 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

III yer- 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

Hekayə

I yer - 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

Təsviri sənət üzrə: rəngkarlıq

I yer - 1-ci dərəcəli diplom və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 650 (altı yüz əlli) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.

Qrafika

I yer - 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

Qəzet məqaləsi üzrə:

 I yer - 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Müsabiqənin şərtləri:

- Müsabiqədə yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər iştirak edə bilərlər.

- Müsabiqəyə təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur.

- Əsərlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2014-cü il iyun ayının 20-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə

Baş İdarəsinə təqdim edilməlidir.

- Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90 x 70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər.

- Təqdim olunan bütün əsərlərdə Azərbaycanın Sərhəd Mühafizəsi tərənnüm edilməlidir.

- Təqdim olunan işlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30, Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası.

Əlaqə telefonları: 498-01-69, 498-01-55, 498-01-29


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında