Martın 21 -də “Bahar Sevincləri”nin tirajıdır

“Chevrolet Captiva”, “Chevrolet Aveo” və “Kia Rio” sizin olacaq

Xalqımız  qədim və sevimli  Novruz bayramını qarşılayır. İl dəyişir və köhnə ilin ağrı-acısını odda yandırmaq üçün tonqallar qalanır. İlaxır çərşənbələrdə lotereya iştirakçılarının sayı da artır. Bu ilaxır çərşənbələrdən biri - od çərşənbəsi Tərtər şəhər sakini Natiq Ələkbərovun xatirindən hələ uzun müddət silinməyəcək. Həmin gün 26 yaşlı Natiq Ələkbərov “5/36” lotereyasında  147 min 125 manat məbləğində “Cek Pot”u uddu!  Novruzun gəlişi Salyan rayon sakini Eynulla Gözəlov və Zaqatala rayon sakini Rəcəb Əliyev üçün də düşərli oldu. Onlar müvafiq olaraq “Kia Rio” və “Chevrolet Aveo” avtomobillərinə sahib oldular.

Martın 7-də axşam isə “Binqo+8” lotereyasının iştirakçıları unudulmaz anlar yaşadılar. Canlı efirdə tirajı izləyən minlərlə tamaşaçı “Space” TV-də 8 ədəd “Chevrolet Aveo” avtomobilinin udulmasının şahidi oldu. Xoşbəxt uduş sahiblərindən yeddisinə avtomobillərin açarları təqdim olunacaq. Onlardan dördü - Xocavənd rayon sakini Rəsul Hüseynov, Qazax sakini Sədi Məmmədov, Zaqatala sakini İlqar Hüseynov, Kürdəmir sakini Rahil Xələfov artıq öz uduşlu biletlərini “Azərlotereya” ASC-yə təqdim etmişlər və yaxın günlərdə avtomobillərinin açarlarını təhvil alacaqlar.  Burada təbii bir sual yarana bilər ki, niyə iştirakçılara 7 avtomobilin açarı təqdim edilib? Halbuki, “Binqo+8” lotereyasında 8 avtomobil oynanıldı. Məsələ burasındadır ki, 7 avtomobilin ayrı-ayrı iştirakçılar tərəfindən udulması ilə yanaşı, avtomobillərdən birinin oynanılması prosesində maraqlı anlar yaşandı. Tirajın birinci turunda avtomobili udmağa mindən çox iştirakçı namizəd idi. Həmin dəqiqələrin gərginliyini bir anlıq təsəvvür edin. Nəticədə bu avtomobil 57 iştirakçı tərəfindən şərikli uduldu və onların hərəsi 228 manat qazandı.

Yeri gəlmişkən,  bir neçə gündən sonra  - martın 21-də “Space” kanalında canlı efirdə “Bahar sevincləri” lotereyasının tirajı keçiriləcək. Bu lotereyanı fərqləndirən cəhətlərdən biri də odur ki, burada oynanılan avtomobillər şərikli udula və ya udulmaya bilməz. “Bahar sevincləri” lotereyasında oynanılan avtomobillər yüz faiz uduşludur. “Yüz faiz uduşlu” anlayışı reklam sloqanı və ya PR gedişi deyil. Əvvəla, avtomobillər həvəsləndirici turlarda lotereya biletlərinin seriya nömrələri ilə oynanılır. Belə ki, əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların lototrondan çıxarılması ilə müəyyən edilmiş altı rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet “Chevrolet Captiva” avtomobili, əsas turlar başa çatdıqdan sonra isə eyni qayda ilə daha iki avtomobil - müvafiq olaraq “Chevrolet Aveo” və “Kia Rio” udulur. Hər üç halda, uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. Başqa sözlə, “Chevrolet Captiva”, “Chevrolet Aveo” və “Kia Rio” avtomobilləri yüz faiz sizindir.

Novruz bayramınız uduşlu və üğurlu olsun!

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında