BP Cənubi Qafqaz Boru Kəməri (CQBK)

 

 

BP Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsinin operatoru kimi məlumat verir ki, Azərbaycanda Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi (CQBKG) üçün

Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinə Əlavənin layihə variantı hazırdır və tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək

məqsədilə ictimaiyyətə təqdim olunur

Həmin sənəddə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin təsdiq olunmuş variantının şərqə doğru uzadılan 34 kilometrlik əlavə hissəsinin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılır və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər təsvir olunur. Boru kəmərinin əlavə olunan hissəsi əsasən Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan boru xəttinə paralel tikiləcək. Boru kəmərinin aralıq ərsinlə təmizlənmə stansiyası bu yeni əlavə olunan hissənin başlanğıcına, mövcud boru kəmərinin isə 23-cü kilometrinə köçürüləcək.

ƏMSSTQ sənədinə əlavə və onun qısa xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Bu sənədlər 27 mart 2014-cü il tarixindən ictimaiyyətə təqdim olunacaq.

Sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün həmin tarixdən etibarən Bakı şəhərində aşağıdakı ünvanlarda yerləşdiriləcək:

M.F. Axundov adına Mərkəzi Dövlət Kitabxanası, Xaqani küçəsi, 29

Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası, H.Cavid prospekti, 31

Orxus Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B.Ağayev küçəsi, 100

Beynəlxalq Eko-energetika Akademiyası, Məmməd Arif küçəsi, 5

Bakı Təhsil İnformasiya Mərkəzi, C.Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə

Azərbaycan Dövlət Neft Akademiyası, Azadlıq prospekti, 20

BP-nin Bakı ofislərinin qəbul şöbəsi:

Xəzər Mərkəzi, Neftçilər prospekti, 153

Ləndmark, Biznes Mərkəzi 3, Nizami küçəsi, 90A

Sənədlərin nüsxələri həmçinin bölgələrdə aşağıda göstərilmiş ünvanlarda yerləşdirilib:

Hacıqabul rayon mərkəzi

Heydər Əliyev Mərkəzi, İsmət Qayıbov küçəsi, 7.

Mədəniyyət evi, Heydər Əliyev küçəsi, 29.

Hacıqabul rayonunun Rəncbər kəndi,

Bələdiyyənin binası.

Hacıqabul rayonunun Pirsaat qəsəbəsi

 Pirsaat qəsəbə orta məktəbi.

BP sizi ƏMSSTQ sənədinə əlavənin layihə variantına dair rəy və təkliflər verməyə dəvət edir. Bunun üçün sizdən www.bp.com/xezer veb-saytımıza daxil olmaq və ya [email protected] elektron poçt ünvanına məktub göndərmək və yaxud sənədlərlə birgə təqdim olunan rəy formasını doldurmaqla öz təkliflərinizi bildirmək xahiş olunur. Doldurulmuş formaları lütfən aşağıdakı ünvana göndərin:

Bakı, AZ1010, Neftçilər prospekti, 153, Xəzər Mərkəzi, 14-cü mərtəbə

Nigar Nuriyeva, əlaqələr və şirkətxarici işlər şöbəsi

Nəzərinizə çatdırırıq ki, rəy və təkliflərin təqdim edilməsi müddəti 2014-cü ilin aprel ayının 14-nə qədərdir. Əsaslı təkliflər diqqətlə nəzərdən keçiriləcək və mümkün olduğu qədər nəzərə alınacaq.

Əlavə məlumat üçün BP-də Nigar Nuriyevaya müraciət edə bilərsiniz.

Telefon (+994 12) 599 3000.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında