“PAŞA Sığorta” ASC-yə təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verildi

 

“Sığorta fəaliyyəti haqqındaAzərbaycan Respublikası Qanunu”nun tələblərinə uyğun olaraq 27 fevral 2014-cü il tarixdə “PAŞA Sığorta” ASC-yə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təkrarsığorta fəaliyyətinə  080546 saylı müddətsiz lisenziya verilmişdir.

“PAŞA Holdinq”in tərkibində fəaliyyət göstərən “PAŞA Sığorta” ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir. Kapitallaşma göstəricilərinə görə “PAŞA Sığorta” 40 milyon manat nizamnamə kapitalı və 73 milyon manat cari məcmu aktivlə ölkənin aparıcı sığortaçılarının ilk üçlüyünə daxildir. 2007-ci ildən “PAŞA Sığorta” Şirkətinin idarəetmə sistemi ISO 9001 beynəlxalq idarəetmə standartı üzrə Britaniyanın İntertek Moody agentliyi tərəfindən sertifikatlaşdırılmışdır. 2009-cu ildən “PAŞA Sığorta” insan haqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi və korrupsiya əleyhinə mübarizə üzrə BMT-nin Qlobal Saziş Təşəbbüsünün (UN Global CompactInitiative) iştirakçısıdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında