Təhsil naziri Goranboy şəhərində vətəndaşları qəbul edəcəkdir

 

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayonları, Gəncə və Naftalan şəhərləri sakinlərinin əvvəlcədən martın 17-nə nəzərdə tutulan qəbulunun vaxtında dəyişiklik edilmişdir.

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Mikayıl Cabbarov martın 11-də saat 11.00-da Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinlərini qəbul edəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar yalnız martın 5, 6 və 7-də  Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında