MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

 

MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA  DƏVƏT

Azərbaycan Respublikası

 Əmlak Məsələləri Dövlət Komitəsi

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

 Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435 - AZ

“Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov və Xəzər rayonları üzrə daşınmaz əmlakın

 rəqəmsal kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi” layihəsi çərçivəsində məhsulların keyfiyyətinə nəzarət və qəbulu ilə bağlı xidmətlərin göstərilməsi sahəsində şirkətin seçimi üçün məsləhətçi xidmətləri

İstinad No.: RERP/PP#45d-A4C3/CS/QC/CQS

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini keyfiyyətə nəzarət üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir.   

Bu maraq ifadələrinin təqdimatına dəvət müəyyən edilmiş tələb və ehtiyaclara uyğun olaraq Bakı şəhərinin beş rayonu üzrə çatdırılacaq məhsulların keyfiyyətinə nəzarət və qəbulu, həmçinin sifarişçinin işçi heyətinə bu sahədə təlimlərin təşkili ilə bağlı xidmətlər göstərməklə ƏMDK-ya (Əmlak Məsələləri Dövlət Komitəsi) yardım üzrə məsləhətçi xidmətlərin göstərilməsi ilə bağlı şirkətin seçimi üçündür. Seçilmiş beynəlxalq şirkət bu xidmətlərin göstərilməsi məqsədilə iki təcrübəli fərdi eksperti cəlb etməlidir. Ekspertlərdən biri kadastr ölçmələri üzrə keyfiyyətə nəzarət, ikincisi isə GİS və məlumat bazası üzrə keyfiyyətə nəzarət işlərini aparmalıdır. Ekspertlər tərəfindən həyata keçiriləcək işlər aşağıdakı həcmləri əhatə edir: Kadastr ölçmə işləri üzrə - 1 adam, 4 ay aşağıdakılara malik olmalıdır:

- kadastr ölçmə işləri üzrə ekspert kimi beş il təcrübəyə malik olan; texniki əməkdaşlıq üzrə kadastr layihələrində beş illik təcrübəsi olan; müvafiq sertifikatları olan, kadastr ölçmələri üzrə ən azı beş illik iş təcrübəsinə malik olan; daşınmaz əmlak obyektləri üzrə kadastr işinin həyata keçirilməsi və sistemli yanaşma tətbiq etməklə kadastr ölçmə işlərindən istifadə edərək kadastr məlumatlarının tərtibi üzrə ən azı beş illik iş təcrübəsi; müasir geodeziya vasitələrindən (elektron taxometr və GPS) istifadə qaydalarına dair biliklərə malik olmaq; Sistemli kadastr inventarlaşdırılması üzrə texniki yardım sahəsində ən azı iki oxşar beynəlxalq layihə ilə bağlı keyfiyyətin təminatı komponentlərinin uğurlu icrası; rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə.

Arzu olunan tələblər:

- Azərbaycanda və ya regionda (qonşu ölkələrdə) beş illik təcrübəyə malik olan;

- Azərbaycan, türk, rus və ingilis dillərindən birini və ya bir neçəsini bilən.

GİS və məlumat bazası üzrə - 1 adam, 3 ay aşağıdakılara malik olmalıdır:

- müvafiq sertifikatları olan, coğrafi informasiya sistemi üzrə ekspert kimi  ən azı beş illik professional iş təcrübəsinə malik olması; coğrafi informasiya sistemi layihələrində ən azı beş illik iş təcrübəsi; daşınmaz əmlak obyektlərinin qeydiyyatı üçün məlumatların hazırlanması üzrə ən azı beş illik iş təcrübəsinin olması; keyfiyyətə nəzarət sahəsində ən azı iki oxşar beynəlxalq layihə ilə bağlı keyfiyyət təminatı komponentlərinin uğurlu icrası; rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə; İNTERLIS məlumat modellərinə uyğun olaraq formatlaşdırılmış məlumatların keyfiyyətinə nəzarət üzrə bilik.

Arzu olunan tələblər:

- Azərbaycan, türk, rus və ingilis dillərindən birini və ya bir neçəsini bilən;

- Azərbaycandakı kadastr işləri ilə tanışlığı olan.

Şirkətin ekspertləri iş həcmlərini eyni zamanda yerinə yetirəcəklər.

Bu tapşırığı yerinə yetirmək məqsədilə Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu xidmətlərin göstərilməsi üçün öz marağını ifadə edən uyğun məsləhətçi şirkətləri (məsləhətçilər) dəvət edir. Maraqlanan məsləhətçi şirkətlər xidmətlərin göstərilməsi üçün tələb olunan ixtisas və müvafiq təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumatı təqdim etməlidirlər. Cəlb ediləcək şirkət Bakı şəhərinin beş rayonu üzrə layihə çərçivəsində İNTERLİS formatında təhvil verilmiş kadastr məlumatlarının keyfiyyətinə nəzarətin təmin edilməsinə, layihənin səmərəli nəticələrinin əldə edilməsinə imkanlar yaradacaq və bu sahədə  DƏKTİM (Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi) və subpodratçı özəl sektorun peşəkarlığının artırılması məqsədilə təlimlər keçəcək.

Keyfiyyətə nəzarətə dair tədbirlər Bakının beş rayonu üzrə layihənin icra müddətinə uyğun olaraq  razılaşdırılmış iş cədvəlinə uyğun həyata keçirilməlidir. Keyfiyyətə nəzarət xidmətləri layihə ərazisinin ayrı-ayrı yerlərində, daha çox müxtəlif növ daşınmaz əmlakların mövcud olduğu xarakterik ərazilərdə həyata keçirilməlidir.

Məsləhətçi şirkət ƏMDK əməkdaşlarının layihədə keyfiyyətə nəzarət, işlərin qəbulu və idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması üçün təlimlər keçməlidir. ƏMDK heyətinə çöldə keyfiyyətə nəzarət ölçmələrini həyata keçirmək və təqdim olunmuş rəqəmsal kadastr və qeydiyyat məlumatlarının keyfiyyətinə nəzarətini həyata keçirmək üçün ekspertlər tərəfindən təlimlər keçirilir.

Maraqlanan məsləhətçilər may 2004-cü il tarixdə nəşr edilmiş, oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmiş"Dünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması (BYİB-in krediti və BİA-nın krediti və qrantları çərçivəsində)" üzrə təlimatında  (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.

Məsləhətçi təlimatda müəyyən edilmiş məsləhətçilərin ixtisasları əsasında seçimə uyğun olaraq seçilməlidir.

Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günləri ərzində, saat 9.00-dan  18.00-dək müraciət etmək olar:

Maraq ifadələri 17 mart 2014-cü il tarixə kimi yazılı şəkildə aşağıdakı ünvana şəxsən, eyni zamanda elektron formada təqdim edilməlidir. 

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Layihə İdarəetmə Qrupu

Nigar Hüseynova, satınalmalar üzrə assistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

Tel.: (+994 12) 510 91 45

                (daxili. 7227)

Email:   [email protected]

[email protected]

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında