MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA  DƏVƏT

Azərbaycan Respublikası

Əmlak Məsələləri Dövlət Komitəsi

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435 - AZ

“Azərbaycan Respublikasının 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Şəki rayonu istisna olmaqla) daşınmaz əmlakın elektron kadastr məlumat bazasının və  rəqəmsal kadastr xəritələrinin tərtibi” layihəsi çərçivəsində məhsulların keyfiyyətinə nəzarət və qəbulu ilə

bağlı xidmətlərin göstərilməsi sahəsində ekspert seçimi

İstinad No.: RERP/CS/IC/PP#45e-A4C3/QCAP

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini keyfiyyətə nəzarət üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir.

Bu maraq ifadələrinin təqdimatına dəvət “Azərbaycan Respublikasının 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Şəki rayonu istisna olmaqla) daşınmaz əmlakın elektron kadastr məlumat bazasının və  rəqəmsal kadastr xəritələrinin tərtibi”  layihəsi üzrə məhsulların keyfiyyətinə nəzarət və qəbulu, həmçinin sifarişçinin işçi heyətinə bu sahədə təlimlərin təşkili ilə bağlı xidmətlər göstərməklə ƏMDK-ya (Əmlak Məsələləri Dövlət Komitəsi) yardım üzrə xidmətlərin göstərilməsi ilə bağlı ekspertin seçimi üçündür. Bu tapşırığı yerinə yetirmək məqsədilə Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu xidmətlərin göstərilməsi üçün öz marağını ifadə edən müvafiq təcrübəyə malik uyğun beynəlxalq fərdi məsləhətçiləri (məsləhətçi) dəvət edir. Cəlb ediləcək ekspert 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndlər üzrə layihə çərçivəsində İNTERLİS formatında təhvil verilmiş kadastr məlumatlarının keyfiyyətinə nəzarətin təmin edilməsinə və layihənin səmərəli nəticələrinin əldə olunmasına imkanlar yaradacaq. Keyfiyyətə nəzarətə dair tədbirlər 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndlər üzrə layihənin icra müddətinə uyğun olaraq  razılaşdırılmış iş cədvəlinə uyğun həyata keçirilməlidir.

Keyfiyyətə nəzarət xidmətləri, layihə ərazisinin ayrı-ayrı yerlərində, daha çox müxtəlif növ daşınmaz əmlakların mövcud olduğu xarakterik ərazilərdə həyata keçirilməlidir.

Bu səbəbdən qeyd olunan xidmətlərin göstərilməsi məqsədilə beynəlxalq ekspert cəlb ediləcəkdir. Ekspert kadastr ölçmələri və GİS məlumat bazası üzrə keyfiyyətə nəzarət işlərini aparmalıdır. Ekspert tərəfindən həyata keçiriləcək işlər aşağıdakı həcmləri əhatə edir:

- Kadastr Ölçmə İşləri Üzrə - 2 ay;

- GİS və məlumat bazası üzrə - 1 ay.

Ekspert iş həcmlərini eyni zamanda yerinə yetirməlidir. Tələb olunan ekspert aşağıdakılara malik olmalıdır:

- müvafiq sertifikatları olan, fotoqrammetriya sahəsində beş il təcrübəyə malik olan; texniki əməkdaşlıq üzrə kadastr layihələrində beş illik təcrübəsi olan; İNTERLİS məlumat modelinə uyğun olaraq formatlaşdırılmış məlumatların keyfiyyətinə nəzarət üzrə bilik; coğrafi informasiya sistemində daşınmaz əmlak obyektlərinin qeydiyyatı üçün məlumatların hazırlanması üzrə iş təcrübəsi; daşınmaz əmlak obyektləri üzrə kadastr işinin həyata keçirilməsi və sistemli yanaşma tətbiq etməklə kadastr ölçmə işlərindən istifadə edərək kadastr məlumatlarının tərtibi üzrə ən azı beş illik iş təcrübəsi; sistemli kadastr inventarlaşdırılması üzrə texniki yardım sahəsində ən azı iki oxşar beynəlxalq layihə ilə bağlı keyfiyyətin təminatı komponentlərinin uğurlu icrası; rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə.

Arzu olunan tələblər:

- Azərbaycanda və ya regionda (qonşu ölkələrdə) beş illik təcrübəyə malik olan;

- Azərbaycan, türk, rus və ingilis dillərindən birini və ya bir neçəsini bilən.

Ekspert kadastr ölçmələri üzrə fotoqrammetrik üsulla vektorlaşdırılmış rəqəmsal xəritələrinin düzgünlüyünün (torpaq sahələrinin sərhədləri, bina, tikili və qurğuların yerləşməsi və digər məlumatlar) fotoqrammetriya avadanlıqlarından istifadə etməklə keyfiyyətinə nəzarət etməli, qeydiyyat məqsədləri üçün tərtib edilmiş kadastr məlumatlarının  AZCAD2013 məlumat  modelinə uyğunluğunu yoxlamalı və nəticəsi barədə hesabat verməlidir. Ekspert aşağıda qeyd olunanları yerinə yetirməlidir:

- ofis şəraitində icraçı tərəfindən təhvil verilmiş fotoqrammetriya üsulu ilə tərtib edilmiş xəritələrin keyfiyyətinə nəzarət xidmətini təmin etmək;

- layihənin icraçısı tərəfindən təhvil verilmiş kadastr məlumatlarına dair verilənlər bazasının keyfiyyətinə nəzarət xidmətini təmin etmək və təqdim olunmuş məhsulun keyfiyyətinin daha da yaxşılaşması istiqamətində yardımçı olmaq;

- ƏMDK heyətinə çöldə keyfiyyətə nəzarət ölçmələrini həyata keçirmək və təqdim olunmuş rəqəmsal kadastr və qeydiyyat məlumatlarının keyfiyyətinə nəzarəti həyata keçirmək üçün təlimlər vermək;

- ƏMDK-ya yazılı formada işin mərhələlər üzrə yekunu barədə mütəmadi hesabat vermək.

 Maraqlanan məsləhətçilər may 2004-cü il tarixdə nəşr edilmiş, oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmiş “Dünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması” üzrə təlimatında  (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.

Fərdi məsləhətçi Dünya Bankının may 2004-cü il tarixdə nəşr edilmiş, oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmiş Dünya Bankından borcalanlar tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması üzrə təlimatlarının (məsləhətçilərlə bağlı təlimat) V bölməsində (fərdi məsləhətçilərin seçilməsi) müəyyən edilmiş prosedurlara müvafiq seçiləcək.

Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günləri ərzində, saat 9.00-dan  17.00-dək müraciət etmək olar:

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Layihə İdarəetmə Qrupu

Nigar Hüseynova, satınalmalar üzrə assistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612, AZ1073, Bakı şəhəri, Azərbaycan.

Email:    [email protected]  və ya [email protected]

Tel.: (+994 12) 510 91 45 (daxili. 7227).

Maraq ifadələri 15 mart 2014-cü il, saat 18.00-a kimi yazılı şəkildə aşağıdakı ünvana şəxsən, eyni zamanda, elektron formada təqdim edilməlidir.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Layihə İdarəetmə Qrupu

Nigar Hüseynova, satınalmalar üzrə assistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

Email:   [email protected]

yaxud   [email protected]

Tel.: (+994 12) 510 91 45

            (daxili. 7227)

Faks: (+99412) 510 91 47

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında