Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2014-cü ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün vaksin, bioloji preparat, diaqnostikum, avadanlıq və alətlərin satınalınması məqsədilə

AÇIQ   TENDER   ELAN   EDİR

Tender 2 (iki) lot üzrə keçirilir:

 I   Lot : Vaksinlərin və bioloji preparatların satınalınması.

 II  Lot : Diaqnostikumların, avadanlıq və alətlərin satınalınması.

Tender proseduru  23 aprel 2014-cü il saat 15.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin iclas zalında keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, məhəllə 3123).

Vaksinlər, bioloji preparatlar, diaqnostikumlar, avadanlıq və alətlərin satınalınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Tenderin qalibi olmuş iddiaçı tərəfindən tələb olunan mallar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyinə 2014-cü il  dekabrın 30-na kimi təhvil verilməlidir.

Tenderdə iştirak etmək istəyənlər tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Xidmətinin hesabına I lot üçün 1900.00 manat, II lot üçün isə 800.00 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra tender komissiyasının əlaqələndiricisi M.İ.Allahverənovdan ala bilərlər.

Telefon: (+99412) 562-97-72

Faks: (+ 99412) 562-66-06

Dövlət Xəzinədarlığı Agentliyi 7-ci fond

Kod: 210005

VÖEN: 1401555071

M/H AZ41 NABZ 01360100000000003944

S.W.İ.F.T BİK CTREAZ22

Vəsaiti alan: Dövlət Baytarlıq Xidməti

Hesab: 2577701

VÖEN: 1500504901

Tenderdə iştirak haqqı geri qaytarılmır.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə, Dövlət Baytarlıq Xidməti.

Tenderin əsas şərtlər toplusu Azərbaycan və rus dillərində hazırlanacaqdır.

Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 22 aprel 2014-cü il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və  23  aprel 2014-cü il saat 15.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.

İddiaçı tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyəti işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.

İştirakçılar aşağıda qeyd olunmuş sənədləri 15 aprel 2014-cü il saat 17.00-a kimi tender keçirənə təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və lisenziyası);

-iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və son 3 ildə aidiyyəti iş üzrə fəaliyyəti haqqında texniki - iqtisadi məlumatlar;

-iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı;

-iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub - olmaması haqqında müvafiq arayış;

-işin icrası ilə bağlı digər məlumatlar.

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən  edilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Telefonlar : (+99412) 562-97-72 faks(+ 99412) 562-66-06

www.tender.gov.az

Tender komissiyası 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında