“Bahar Sevincləri”ndən sevinc payınızı alın!

 

Lotereya həvəskarları üçün cari il çox nikbin notlarla başlayıb. Elə bir tiraj olmur ki, onlarla evdə sevinc və həyəcan dolu “uddum!” sədaları eşidilməsin, elə bir həftə olmur ki, bir neçə həmvətənimiz avtomobil udmasın.

“Klassik Loto” lotereyasında Nissan “Sunny” avtomobillərini udan Seymur Əliyev, Samid Həsənov, Rauf Kərimov bu qışı hələ çox xatırlayacaqlar. Abdulməcid Abdullayev və Elçin Məlikov da “Binqo” lotereyasında udduqları Chevrolet “Aveo” avtomobillərinin sevincini yaşayırlar. Tovuz rayon sakini Mahir Ömərov və Şəmkir sakini Şükür Babayev isə “6/40” lotereyasında müvafiq olaraq, 26 min 800 manat və 22 min 700 manat məbləğində “Cek Pot”lara sahib olublar. Uduşlar artdıqca istehlakçılar arasında lotereyalar populyarlaşır və “Azərlotereya” dövlət şirkəti yeni-yeni layihələri lotereya həvəskarlarının ixtiyarına verir.

Ötən yazımızda bildirmişdik ki, “Binqo+8” mart ayının ilk zəriflik və gözəllik bayramı üçün nəzərdə tutulan yeganə yeni layihə deyil. Mart ayında xalqımızın sevimli Novruz bayramında da “Azərlotereya” lotereyasevərləri yeni, maraqlı bir layihə ilə sevindirəcək. Ayın 21-də tirajı “Space” TV-də canlı yayımlanacaq “Bahar Sevincləri” lotereyası öz sadəliyi ilə seçilir. Biletin üzərində beş sətirdən ibarət lövhə əks olunub. Birinci turda biletin üfüqi sıralarından hər hansı biri, ikinci turda hər hansı ikisi, üçüncü turda hər hansı üçü, dördüncü turda hər hansı dördü və nəhayət, beşinci turda üfüqi sıraların beşi də tam dolmuş bütün biletlər uduşlu sayılırlar. Hər turun qalibi və ya qalibləri sanballı pul uduşları qazanacaqlar. Bundan başqa, əvvəla, bütün turlarda ilk “gözləyənlər” mükafatlandırılır, ikincisi, hər hansı turda istənilən uduşa düşmüş lotereya bileti oyunu sonadək davam etdirir və bütün uduşlar cəmlənir.

“Bahar Sevincləri” lotereyası daha bir özəlliyə malikdir: burada əsas həyəcan həvəsləndirici turlarda yaşanır. Belə ki, əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların lototrondan çıxarılması ilə müəyyən edilmiş altı rəqəm lotereya biletinin nömrəsi ilə uyğun gələrsə, bilet Chevrolet “Captiva” avtomobili udur. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. Başqa sözlə, Chevrolet “Captiva” avtomobili yüz faiz uduşludur. Əsas turlar başa çatdıqdan sonra iştirakçılar daha iki dəfə avtomobil udmaq şansına malik olacaqlar. Əvvəlcə lotereya biletlərinin seriya nömrələri ilə Chevrolet “Aveo” avtomobili, ardınca isə Kia “Rio” avtomobilləri oynanılır. Yeri gəlmişkən, bu avtomobillər də yüz faiz uduşludurlar. Həvəsləndirici turlarda da uduşa düşmüş lotereya biletləri oyunu əsas turlar da daxil olmaqla, sonadək davam etdirir və bütün uduşlar cəmlənir.

Novruz xonçasından bir şəkərbura və ya paxlavanın verdiyi sevinci bir anlığa təsəvvür edin. Bəs bu xonçadan sanballı pul və ya gözəl avtomobillər alsanız, onda necə? Novruz günü “Bahar Sevincləri”ndən sevinc payınızı alın!

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında