Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsi 2014-cü ildə mədəniyyət müəssisələrinin binalarının cari təmiri işlərinin satınalınması məqsədilə açıq tender elan edir

Tender 1(bir) lot üzrə keçirilir.

LOT-1. Rayondakı  mədəniyyət müəssisələri binalarının  cari təmiri işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş , imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına,lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti,  2 nömrəli ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs:Abbasov Tofiq Cəmil oğlu(tel: 051 525 58 57)

Təşkilat: Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsi

Hesab: Fond7Y  AZ33 CTRE 00000000000002175431

VÖEN: 3400076631

Bank: “ Kapital Bank” ın Ağcabədi rayon filialı

Kod: 200532

VÖEN: 9900003611

Müxbir hesab: AZ37 NABZ 01350100000000001944

S.W.İ.F.T.  AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi ;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) ;

-tender təklifləri dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) ;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəilklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış ;

-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti ;

-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. (xarici dildə olan tender təklifləri  Azərbaycan dilinə tərcümə olunmalıdır )

Tender proseduru “Dövlət satınalmaları haqqında”  Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2014-cü il martın 26-sı saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat  zərfdə 2014-cü il aprelin 3-ü saat 17.00-a qədər Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 4  aprel 2014-cü il saat 11.00-da Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsində açılacaqdır.

İddiaçıların nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında