Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

 

 

Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2014-cü ildə mənzil fondunun, yolların əsaslı təmiri və şəhərin abadlaşdırılmasının satınalınması məqsədilə

 AÇIQ  TENDER  ELAN  EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.

Lot 1. Mənzil fondunun əsaslı təmirinin satınalınması.

Lot 2.Yolların əsaslı təmiri işlərinin satınalınması.

Lot 3.Şəhərin abadlıq işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 Müqavilə 2014-cü il dekabrın 31-dək yerinə yetirilməlidir.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu H.Əliyev küçəsi, 27 nömrəli ünvanda yerləşən Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən (əlaqələndirici şəxs: Ariz Vahidov. Tel: 0265-5-28-05) ala bilərlər.

İştirak haqqı hər bir lot üçün 150  manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat: Şamaxı Rayon Yerli Xəzinədarlıq Orqanı

Hesab: AZ42 CTRE 00000000000002512732

VÖEN: 8400081801 DXA

Kod: 210005

VÖEN: 1415550171

Müxbir hesab: AZ41 NABZ 01360100000003003944

S.W.İ.F.T BİK CTRCAZ22

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 3 mart 2014-cü il saat 17:00-dək təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü müddətinə qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;

-iddiaçının son bir il ərzində maliyyə vəsaiti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri əlavə iş cədvəli, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 10 mart 2014-cü il saat 17.00-a qədər təqdim etməlidirlər.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 11 mart 2014-cü il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında