MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Kredit №7435 - AZ

VMware virtualizasiya texnologiyaları sahəsində informasiya texnologiyaları heyətinin bilik və praktiki bacarıqlarını artırmaq məqsədilə məsləhətçi şirkətin seçimi

İstinad No.: RERP/CS/CQS/PP#54/D1/VMVT

 Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini təlim məqsədləri üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. Layihənin məqsədi daşınmaz əmlak bazarlarını dəstəkləyən, dövlətə məxsus əmlakın və müəssisələrin idarə edilməsi, istifadə edilməsi üçün etibarlı, şəffaf və səmərəli Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı sistemini təmin etməkdir.

Layihə çərçivəsində əsas təlim məqsədlərindən biri də Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat Idarəetmə Mərkəzinin heyəti üçün VMware virtualizasiya texnologiyaları sahəsində informasiya texnologiyaları heyətinin bilik və praktiki bacarıqlarını artırmaq məqsədilə məsləhətçi şirkətin seçimidir.

İşin əsas məqsədi informasiya texnologiyaları mərkəzinin mütəxəssislərinin virtual mühit və virtual maşınlar haqqında biliklərə sahib olmaları; virtual maşınların qurulması, sazlanması, idarə edilməsi sahəsində bilik və bacarıqlara sahib olmalarıdır.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu müvafiq yerli məsləhətçi şirkətləri (məsləhətçilər) öz maraq ifadələrini bildirməyə dəvət edir. Maraqlanan məsləhətçi şirkətlər: informasiya texnologiyaları sahəsində yüksək bilik və bacarığa və ən azı 5 il təcrübəyə malik olmalı; VMware Certified Professional 5 (VCP 5) və Vmware Certified Instructor 5 (VCI 5) sertifikatına və VMware Authorized Training Center statusuna malik olmalı; tədrisdə son proqramlardan və avadanlıqlardan xəbərdar olmalı; təlimdən əvvəl və sonra iştirakçıları sınaya bilmək imkanına malik olmalıdır. Rus dilini bilən (Azərbaycan dilinə də tərcümə təmin edilməklə) mütəxəssislərə üstünlük veriləcək. Təlim ümumlikdə 104 saat təşkil edəcəkdir. Təlim Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təlim mərkəzində təşkil olunacaq.

Maraqlanan məsləhətçi şirkətlər 2004-cü ilin may ayında nəşr edilmiş və 2006-cı ilin may və oktyabr aylarında, 2010-cu ildə düzəliş edilmiş “Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi” üzrə təlimatında (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar. Məsləhətçi şirkət Dünya Bankının məsləhətçilərlə bağlı təlimatında müəyyən edilmiş məsləhətçinin ixtisasına əsaslanan seçim (CQS) üsuluna müvafiq olaraq seçiləcək.

Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günləri saat 9.00-dan 17.00-dək müraciət etmək olar.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi,

Layihə İdarəetmə Qrupu,

Sevər Məmmədova, təlim meneceri və ya Nigar Hüseynova, satınalmalar üzrə assistent,

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti, 31, 6-cı mərtəbə, otaq 604 və ya 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

email: [email protected] və ya [email protected]

Tel.: (+994 12) 510 91 45 (ext. 7211və ya 7227)

Faks: (+99412) 510 91 47

Maraq ifadələri 21 fevral 2014-cü il saat 18.00-a qədər yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir. Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Layihə İdarəetmə Qrupu

Sevər Məmmədova, təlim meneceri

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə,

otaq 604,

AZ1073, Bakı, Azərbaycan.

Email: [email protected]

yaxud [email protected]

Tel.: (+994 12) 510 91 45 (ext. 7211)

Faks: (+99412) 510 91 47


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında