Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Siyəzən Rayon Mərkəzi Poliklinikası

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Siyəzən Rayon Mərkəzi Poliklinikası

 2014-cü il üçün tələb olunan dərman preparatlarının satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

Tender 2 (iki) Lot üzrə keçirilir.

Lot - 1: Psixotrop, zərdab, vaksin, tibbi ləvazimatların və ümumi dərman preparatlarının satınalınması.

Lot - 2 : Şəkərli və şəkərsiz diabetdə işlənən dərman preparatlarının satınalınması.

Dərman və preparatlarla təchiz olunma müddəti bir ildir.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən tender təkliflərini möhürlənmiş ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti. Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçılarının lazımi texniki və maliyyə imkanları olmalıdır.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Calalov Mirələm. Telefon: 02330-4-07-51

Ünvan: Siyəzən şəhəri, C.Cabbarlı küçəsi, 10a.

Tenderdə iştirak etmək istəyənlər Lot - 1 və Lot - 2 üçün hər biri 100 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Siyəzən şəhəri, C.Cabbarlı küçəsi, 10 a nömrəli ünvandan ala bilərlər.

Təşkilat: Siyəzən Rayon Mərkəzi Poliklinikası

Siyəzən YXO

Hesab: AZ39AIIB32051019445500201155

VÖEN: 7100009511

Bank “ Kapital Bank”ın Siyəzən rayon filialı

Kod: 200554

VÖEN: 9900003611

M/H: AZ37 NABZ 201350100000000001944

S.W.İ.F.T:BİK AIIBAZ 2 X

İştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-vergilərə, sosial sığortaya və digər borcların olmaması barədə arayış;

-tender təklifinin təminatı (zərflərin açıldığı gündən 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifləri qiymətinin dəyərinin 1%-i həcmində bank zəmanəti (zərflər açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ərazi və rekvizitləri.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2014-cü il martın 4-ü   saat 18.00-a qədər , tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2014-cü il martın 12-si saat 18.00-a qədər Siyəzən Rayon Mərkəzi Poliklinikasına (Siyəzən şəhəri, C.Cabbarlı küçəsi, 10 a) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender zərfləri 2014-cü il martın 13-də saat 11.00-da Siyəzən Rayon Mərkəzi Poliklinikasının binasında açılacaqdır.

Tender komissiyası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında