Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentlik (AYBA)

 

 

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentlik (AYBA) valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqların yerləşdirilməsi üçün Azərbaycan Respublikası büdcəsinin vəsaiti  hesabına Abşeron rayonunda

120 mənzildən ibarət  yaşayış evinin tikintisinin başa çatdırılması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Göstərilən obyektin birinci mərhələsinin tikintisi 2013-cü ildə aparılmışdır. Tenderin keçirilməsində əsas məqsəd yuxarıda qeyd olunan tender predmeti üzrə yüksək texniki və maliyyə potensialına malik, peşəkar və səriştəsi olan, nəzərdə tutulmuş mürəkkəb tipli işlərin beynəlxalq standartlara tam cavab verən tələblərlə aparılması məqsədilə podratçı təşkilatları satınalma proseduruna  dəvət etməkdir.

Tenderin keçirilməsində Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun alqı-satqı şərtləri əsas tutulacaqdır.

Tender iştirakçıları öz təkliflərini 2 nüsxədən ibarət möhürlənmiş zərflərdə təqdim etməlidirlər (əsli və surəti).

İddiaçıların tenderdə iştirak etmək üçün göstəriciləri aşağıdakı meyarları tam əhatə etməlidir:

- iddiaçıların son 5 ildə ən azı 10 ədəd yüksək kateqoriyalı, oxşar və analoji obyektlərin tikintisi və müvəffəqiyyətlə təhvil verməsi təcrübəsi olmalıdır (obyektlərin siyahısı, ünvanları və icra olunmuş işlərin məbləğini göstərməklə);

- tikinti işlərinin yerinə yetirilməsi üçün iddiaçının idarəetmə səriştəsi, lazımi texniki, maliyyə və professional imkanları olmalıdır;

- işlərin görülməsi üçün iddiaçıların  sərbəst  vəsaitlərinin olması haqqında arayış;

- son 5 ildə iddiaçıların maliyyə dövriyyəsi obyektin tikintisi üzrə təklif etdiyi  qiymətdən 3 dəfə çox olmalıdır (hər il üzrə) və bu haqda iddiaçılar təsdiqedici sənədləri təqdim etməlidirlər;

- iddiaçıların ən azı 1,0 mln. manat məbləğində səlahiyyətli bankdan kreditin alınması imkanı olmalıdır və bu imkan haqqında təsdiqedici sənəd təqdim olunmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə vergi orqanlarından rəsmi arayışlar;

- iddiaçıların son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışları;

- iddiaçıların kredit borclarının olmaması haqqında bank arayışları;

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (forma 1 və forma 2);

- iddiaçıların lazımi qədər avadanlıqları, xüsusi mexanizmləri və özünün işçi qüvvəsinin tərkibində yüksək səviyyəli mütəxəssislər olmalıdır.

- Bərpa Agentliyi tərəfindən əvvəllər keçirilən tenderlərdə iddiaçıların axırıncı 5 ildə inşa və bərpa etdikləri obyektlərin yüksək keyfiyyətlə və vaxtında istifadəyə verilməsi bir qayda olaraq nəzərə alınacaqdır.

Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” Qanunun 28-ci maddəsinə əsasən ididaçılar öz texniki sənədlərini tender prosedurunun başlanmasına 7 bank günü qalmış, yəni 19 fevral 2014-cü il tarixdə tender komissiyasına təqdim etməlidirlər. 

Tender haqqında hərtərəfli məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:

Azərbaycan Respublikası, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi. 60, III mərtəbə.

Əhməd Əhmədov - əməliyyatlar üzrə menecer. Tel. (99412)5617281, (99412)5617097;  Faks: (99412) 5617098;

Tenderdə iştirak etmək üçün iddiaçılar geri qaytarılmayan 1,5 min manat məbləği Bərpa Agentliyinin hesabına: 

Azərbaycan Respublikası Beynəlxalq Bankı, “ABB Premyer” müştəri xidməti, Kod 805250; VÖEN 9900001881; Müxbir hesab: AZ03NABZ01350100000000002944; S.W.I.F.T. Kod: BIK: IBAZAZ 2X, Hesab №-si: AZ321BAZ38030029449330720120, VÖEN 1400294891 köçürməlidirlər.

Möhürlənmiş zərflərdə tender təklifləri  27 fevral  2014-cü il yerli vaxtla saat 14.30-dək yuxarıda göstərilən ünvanda qəbul ediləcəklər.

Tenderin açılışı proseduru 28 fevral 2014-cü il saat 14.30-da Bərpa Agentliyində keçiriləcəkdir.

 

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyin tender komissiyası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında