Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi”

 

 

Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının  birgə maliyyələşdirdiyi “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi”

(8096-AZ №li kredit sazişi) çərçivəsində Azərbaycan Respublikasının Məcburi Köçkünlərin

Sosial İnkişaf Fonduna (MKSİF) vəsait ayrılmışdır. Ayrılmış vəsaitin bir hissəsi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş aşağıdakı müxtəlif növlü icma

mikrolayihələrinin həyata keçirilməsinə sərf olunacaqdır:

 (I) İnfrastruktur mikrolayihələrinin növləri:

1. Sosial infrastruktur:

a) səhiyyə obyektləri;

b) uşaq bağçaları və məktəblər (ibtidai/orta);

c) icma mərkəzləri.

2. İqtisadi infrastruktur:

a) yerli/icma su təchizatı sistemi;

b) kənd və yaxud rayon yolları, icmadaxili yollar;

c)  yerli elektrik təchizatı sistemləri.

3.Sanitariya və ətraf mühit:

a) yerli/icma kanalizasiya sistemləri və nasos stansiyaları;

b) bərk və ya maye tullantıların emalı;

c) yerli icmalar üçün eroziyaya nəzarət işləri (drenajlar və bəndlər kimi).

 

 (II) Xidmət mikrolayihələrinin növləri:

a) ətraf mühitlə bağlı tədbirlər: ərazinin zibildən və metal qırıntılarından təmizlənməsi, eroziya və landşafta nəzarət tədbiri  kimi ağacların əkilməsi və s.;

b) yerli mədəni xidmət mərkəzlərinin inkişafına kömək: buraya yerli kitabxana (kitablar daxil olmaqla), musiqi məktəbləri (musiqi alətləri daxil olmaqla), idman klubları (əsas ləvazimatlar daxil olmaqla), təlim mərkəzləri və ya qocalar və zəif insan qrupları üçün buna oxşar proqramlar (əsas avadanlıqlar daxil olmaqla) və müxtəlif mərasimlər keçirmək üçün yığma mağarlar (əsas ləvazimatlar daxil olmaqla) daxil edilə bilər.

c) mebel və avadanlıq. 

İcma mikrolayihələrinin həyata keçirilməsi ilə bağlı MKSİF müvafiq tenderlərin keçirilməsini planlaşdırır. Bununla əlaqədar MKSİF keçiriləcək tenderlərdə iştirak etmək üçün maraqlı olan podratçı təşkilatları yuxarıda qeyd olunan işlərin növlərini göstərməklə aşağıdakı sənədləri təqdim edərək seçimdə iştirak etməyə dəvət edir:

1) təşkilatın müvafiq iş sahəsində təcrübəsi haqqında məlumat;

2) son 3 ildə müvəffəqiyyətlə başa çatdırılan oxşar işlər haqqında məlumat və müvafiq sənədlər (təhvil-təslim aktları, sifarişçi təşkilatdan məktub və s.) ;

3) son 3 ildə cəlb edildikləri məhkəmə işləri haqqında məlumat;

4) təşkilatın qanuni qaydada qeydiyyatdan keçməsi haqqında sənədlər (nizamnamə, şəhadətnamə və s.);

5) işlərin görülməsi üçün texniki bazanın və maliyyə imkanlarının mövcudluğunu sübut edən sənədlər.

Seçimdə iştirak etmək istəyən podratçı təşkilatlar tələb olunan sənədləri 25 fevral 2014-cü il saat 16.00-a kimi aşağıdakı ünvana təqdim edə bilərlər:

AZ1122, Bakı şəhəri, Tbilisi prospekti, 57D, MKSİF-in ofisi.

Tel: (99412) 431 87 03, 431 87 69; Faks: 431 82 11

MKSİF-in seçim komissiyası

 

QEYD: MKSİF TƏRƏFİNDƏN 2009, 2010 VƏ 2012-Cİ İLLƏRDƏ KEÇİRİLMİŞ SEÇİMLƏRDƏ SEÇİLMİŞ TƏŞKİLATLARIN DA YENİ SEÇİM MEYARLARINA CAVAB VERİB-VERMƏMƏLƏRİNİ SÜBUT EDƏN SƏNƏDLƏRİ TƏQDİM ETMƏSİ TƏLƏB OLUNUR. ƏKS TƏQDİRDƏ TƏŞKİLATIN ADI SİYAHIDAN ÇIXARILACAQ.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında