Azərbaycan Respublikasının Mərkəzi Bankına kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının, təhlükəsizlik qurğusunun, habelə printer və surətçıxarma aparatı kartriclərinin satınalınması üçün
TENDER ELANI
1.Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:
-1-ci lot üzrə tenderin predmeti: kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satınalınması.
-2-ci lot üzrə tenderin predmeti: çanta və bağlamaların yoxlanılması üçün təhlükəsizlik qurğusunun təchizatı və qurulması.
-3-cü lot üzrə tenderin predmeti: printer və surətçıxarma aparatı kartriclərinin satınalınması.
Tender proseduru 12 mart 2014-cü il saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 1 may 2014-cü il tarixədək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
-iddiaçının müvafiq sahədə korporativ müştəriləri və ən azı iki illik iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar (yalnız 3-cü lot üzrə iştirak edən iddiaçılar üçün);
-əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
3.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 11 mart 2014-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 27 fevral 2014-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üçün 100 manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944
m/h AZ74NABZ01451700000000001944
kod 501004 VÖEN 9900071001
5.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıdakı hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.
6.Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
7.Malların təchizatı və işlərin görülməsi müddəti:
1-ci lot üzrə: kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 45 (qırx beş) təqvim günü ərzində.
2-ci lot üzrə: təhlükəsizlik qurğusunun satınalma müqaviləsinin imzalandığı gündən ən geci 2 (iki) ay ərzində. Qurğunun Mərkəzi Bankın əsas inzibati binasının girişində qurulmasını avadanlığın Mərkəzi Banka çatdırılmasından sonra ən geci 10 təqvim günü ərzində.
3-cü lot üzrə: satınalma müqaviləsi imzalandığı gündən 12 ay ərzində.
8.Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.
9.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov (informasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı:elman_muradov @cbar.az.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.