MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT
Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsi
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435 - AZ
Dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi üzrə
fərdi beynəlxalq məsləhətçinin seçimi
İstinad No.: RERP/CS/IC/PP#51B3/SORPMC
Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. Layihənin əsas məqsədlərindən biri Azərbaycanda daşınmaz əmlak bazarlarını dəstəkləyən, dövlətə məxsus əmlakın və müəssisələrin idarə edilməsi və istifadə edilməsi üçün etibarlı, şəffaf və səmərəli Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Sistemini təmin etməkdir. Bu tapşırığı həyata keçirmək məqsədilə Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu xidmətləri həyata keçirmək üçün müvafiq təcrübəyə malik olan uyğun beynəlxalq fərdi məsləhətçiləri (məsləhətçi) dəvət edir.
Məsləhətçi Azərbaycanda dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi üçün analitik-informasiya məzmunlu hesabatını hazırlamaq məqsədilə cəlb olunacaq. Bu hesabat layihənin B3 subkomponentinin əsas məhsullarından biri olacaq. Bu vasitə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özünün ümumi idarəçiliyini gücləndirmək, dövlət əmlakının idarə edilməsi fəaliyyətinin səmərəliliyini artırmaq, fəaliyyətlərinin şəffaflığını artırmaq, insan resursları strategiyası və insan resurslarının sistemləşdirilməsini təkmilləşdirmək məqsədilə texniki dəstəyi əldə edir.
Maraqlanan məsləhətçilər aşağıdakı tələblərə cavab verən informasiyanı təmin etməlidirlər:
- dövlətə məxsus daşınmaz əmlak idarəçiliyi sahəsində nəzəri biliklər və daşınmaz əmlak idarəetməsi sahəsində ən azı 5 (beş) illik peşəkar təcrübəyə və ya müvafiq məsləhət xidmətlərinə dair ən azı 2 (iki) müqaviləyə malik olmalıdırlar;
- daşınmaz əmlakın, müəssislərin və biznesin daşınmaz əmlak təhlili və qiymətləndirilməsi sahəsində peşəkarlığı və biliyi olmalıdır;
- İKT-dən istifadə bacarığı və biliklərin olması;
- ingilis dilində həm yaza, həm də danışa bilməli (rus dili biliyinə əlavə üstünlük hesab edilir).
Bu tapşırıq məsləhətçi ilə müqavilə imzalandıqdan sonra 4 (dörd) ay müddətində icra olunmalıdır. Çatdırılacaq xidmətlərin davametmə müddəti ümumilikdə 60 gündür, bunun ən azı 30 günü Azərbaycanda sərf olunmalıdır.
Maraqlananan məsləhətçilər may 2004-cü il tarixdə nəşr edilmiş, may 2006-cı il və oktyabr 2010-cu illərdə düzəliş edilmiş “Dünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi” üzrə təlimatında (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar. Fərdi məsləhətçilər Dünya Bankının may 2004-cü il, oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmiş Dünya Bankından borcalanlar tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması üzrə təlimatlarının (məsləhətçilərlə bağlı təlimat) V bölməsində (fərdi məsləhətçilərin seçilməsi) müəyyən edilmiş prosedurlara müvafiq olaraq seçiləcək.
Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günü ərzində, saat 09.00-dan 17.00-dək müraciət etmək olar:
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu, Nigar Hüseynova, satınalmalar üzrə assistent, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası, Hüseyn Cavid prospekti 31 A, 6-cı mərtəbə, otaq 612, AZ1073, Bakı şəhəri, Azərbaycan.
Email: [email protected] və ya [email protected]
Tel.: (+994 12) 510 91 45 (daxili. 7227)
Maraq ifadələri 24 yanvar 2014-cü il, saat 18.00-a kimi yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Layihə İdarəetmə Qrupu
Nigar Hüseynova, satınalmalar üzrə assistent
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612,
AZ1073, Bakı, Azərbaycan.
Email: [email protected] yaxud [email protected]
Tel.: (+994 12) 510 91 45 (daxili. 7227)
Faks: (+99412) 510 91 47
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.