Şabran Suvarma Sistemləri İdarəsi

 

 

Şabran Suvarma Sistemləri İdarəsi

torpaqqazan mexanizmlər üçün ehtiyat hissələrinin

və tikinti materiallarının satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender (iki) lot üzrə keçirilir.                                                                                              Malların təhvil verilməsi müddəti

LOT-1. Torpaqqazan mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması I-IV rüb

LOT-2 . Tikinti materiallarının satınalınması

I-IV rüb Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər . Müqavilə il ərzində yerinə yetirilməlidir.

Təkliflərin qiymətləndirilməsində və müqayisəsində aşağdakı meyarlara üstünlük veriləcəkdir:  texniki şərtlərin yerinə yetirilməsi, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 lot üçün aşağdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şabran şəhəri, Meliorator küçəsində  yerləşən Şabran SSİ-dən ala bilərlər.

 

Əlaqələndirici şəxs: Babayev Firudin Zərqulu oğlu, telefon: 0115-3-33-26

Hər bir lot üçün iştirak haqqı 40 manatdır.

İddiaçılar iştirak haqqını aşağdakı hesaba köçürməlidirlər:

Təşkilat: Şabran SSİ.

VÖEN: 5000051611

BANK: ABB Şabran filialı

KOD: 805465

VÖEN: 9900001881

Müxbir hesab : AZ 37   NABZ   01350100000000001944

S.W.İ.F.T.BİK- İBAZAZ2X

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində (təklif təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60  bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;

- iddiaçıların son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçnın son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu , nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

 Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti tərtib olunmalıdır, rus və ya ingilis dilində olan təkliflərə onların Azərbaycan dilinə tərcümə edilmiş surətləri əlavə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla 27 yanvar  2014-cü il saat 17.00-dək tender təkliflərini və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 3 fevral 2014-cü il saat 17.00-dək Şabran SSİ-yə  Meliorator küçəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif  zərfləri 4 fevral 2014-cü il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender   komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında