Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi

MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA  DƏVƏT

Azərbaycan Respublikası  Əmlak Məsələləri Dövlət Komitəsi

 Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Kredit №7435 - AZ

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri üçün Xidmət Standartlarının və  Davranış Qaydalarının hazırlanması məqsədilə beynəlxalq fərdi məsləhətçinin seçimi

İstinad No.: RERP/CS/IC/PP#58b/D3/SSCC

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. Layihənin məqsədi daşınmaz əmlak bazarlarını dəstəkləyən, dövlətə məxsus əmlakın, müəssisələrin idarə edilməsi və istifadə edilməsi üçün etibarlı, şəffaf və səmərəli Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Sistemini təmin etməkdir. Layihə çərçivəsində əsas məqsədlərdən biri də Azərbaycanda Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsini (DƏQ Layihəsi) dəstəkləmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) işçiləri üçün xidmət standartları və davranış qaydalarını hazırlayacaq beynəlxalq fərdi məsləhətçinin seçimidir. ƏMDK öz beş illik strategiya planının və DƏDRX-nin biznes planının icrası  məqsədilə daşınmaz əmlakın qeydiyyatı idarələrinin işçiləri üçün xidmət standartları və davranış qaydalarını hazırlamaq istəyir. Bunun üçün ƏMDK  müvafiq təcrübəyə malik olan fərdi beynəlxalq məsləhətçini işə götürmək fikrindədir.  

Tapşırığın əsas məqsədi xidmətin ərazi idarələrinin göstərdikləri xidmətlərdən vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların elektron informasiya vasitələrindən istifadə etməklə qısa müddət ərzində sadə və anlaşılan formada məlumatlar əldə etməsinin təmin edilməsi, şəffaflığın və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair beynəlxalq məsləhətçi tərəfindən xidmət standartlarının hazırlanmasından ibarətdir.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu müvafiq beynəlxalq fərdi məsləhətçiləri (məsləhətçilər) xidmətlərin təmin olunmasında öz maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər daşınmaz əmlakın qeydiyyatı, korporativ qurumlarda və xidmət təşkilatlarında peşə tələblərinin, standartlarının, qaydaların hazırlanması sahəsində yüksək bilik və bacarığa  və ən azı 5 il təcrübəyə malik olmaları və həmçinin ən azından 1 oxşar layihədə təcrübələri olduğunu nümayiş etdirən informasiyanı təqdim etməlidirlər.   

Məsləhətçi xidmətlərinin əsas məqsədlərinə daxildir:

1) göstərilən xidmətlərlə bağlı  qanunvericilik aktlarında olan müddəaların sadə məzmunla və  vahid formada tərtib edilməsi; 2) mövcud qanunvericilik çərçivəsində keyfiyyətli və şəffaf xidmətlərin təmin edilməsi üçün standartların hazırlanması; 3) xidmət göstərən işçilərin davranış qaydalarının hazırlanması.  

Əsas məqsədlərə  uyğun olaraq məsləhətçi DƏDRX işçiləri üçün xidmət standartlarının və davranış qaydalarının ilkin versiyasını hazırlamalı və ƏMDK-ya təqdim etməlidir.

Tapşırığın yerinə yetirilmə müddəti 110 gün nəzərdə tutulur. İşlərin yerinə yetirilməsi üçün  məsləhətçi Azərbaycana ən azı üç səfər etməli,  görüşlər və təlimlər keçirməlidir.

Maraqlananan məsləhətçilər may 2004-cü il tarixdə nəşr edilmiş və may 2006-cı il və oktyabr 2010-cu illərdə düzəliş edilmiş “Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi” üçün  təlimatında  (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.

Fərdi məsləhətçilər Dünya Bankının may 2004-cü il və oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmiş Dünya Bankından borcalanlar tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması üçün təlimatlarının (məsləhətçilərlə bağlı təlimat) V bölməsində (fərdi məsləhətçilərin seçilməsi) müəyyən edilmiş prosedurlara müvafiq olaraq seçiləcək.

Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günü ərzində, yəni saat 9:00-dan  17:00-dək müraciət etmək olar.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu,

Nigar Hüseynova, satınalmalar üzrə assistent,

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31 A, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

Email:    [email protected]  və ya

   [email protected]

Tel.: (+994 12) 510 91 45 (ext. 7227). 

Maraq ifadələri 13 yanvar  2014-cü il, saat 18:00-a kimi yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir.  Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Layihə İdarəetmə Qrupu

Nigar Hüseynova, satınalmalar üzrə asssistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı, Azərbaycan.

Email:  [email protected] yaxud

   [email protected]

Tel.: (+994 12) 510 91 45 (ext. 7227)

Faks: (+99412) 510 91 47 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında