Azərbaycan Respublikası Mərkəzi Bankı

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankının

nəqliyyat vasitələrinə texniki xidmət üçün

T E N D E R   E L A N I

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi üçün açıq tender keçirir.

Tender proseduru 8 yanvar 2014-cü il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

-  Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 21 fevral 2014-cü il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilmiş formada);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;

- iddiaçıların oxşar işlərdə ən azı iki il təcrübəsinin olması, o cümlədən maddi-texniki bazası, insan resursları, əməkdaşlarının peşəkarlığı (təcrübə və sertifikasiya) və göstəriləcək xidmətin çevikliyi barədə məlumat.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 7 yanvar 2014-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 24 dekabr 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı,

Kod: 501004

VÖEN 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.İ.F.T. BİK NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

5. Xidmətin göstərilməsi müddəti: 12 ay.

6. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Məhərrəm Abbasov və Nazim Balamirzəyev (inzibati departamentin əməkdaşları). Telefon: 493-11-22 (515), (127).

Tender komissiyası 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında