Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi

2013-cü il üçün aşağıdakı ixtisas üzrə

doktoranturaya və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya

Elm sahəsi və ixtisaslar Şifrələr            Büdcə hesabına           

Hüquq elmləri üzrə       56        Cəmi    O cümlədən əyani

Cinayət hüququ və  kriminologiya;cəza-icra hüququ      5611.01           1         

Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti     5612.01           1         

Cəmi:               2         

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya

Elm sahəsi və ixtisaslar Şifrələr            Dissertantların təhkimolunma planı

Hüquq elmləri üzrə       56        Cəmi

Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ      5611.01           2

Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti     5612.01           4

Cəmi:               6

1. Doktoranturaya və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

2. Doktoranturaya və dissertanturaya qəbul haqqında ərizə universitet rektorunun adına yazılır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- kadrların şəxsi qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4sm ölçüdə);

- ali məktəbin (magistraturanın zəmanəti);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə 20-25 səhifəlik referat;

- ali təhsil haqqında diplomların (diplomun) surəti (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması, barədə Təhsil Nazirliyinin şəhadətnaməsi);

- şəxsiyyəti təsdiq edən  sənədin surəti.

3. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın qiyabi şöbəsinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura və bakalavr səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

4. Hər imtahan başa çatdıqdan sonra onun nəticəsi elan olunur. Birinci imtahandan (ixtisas fənnindən) kafi qiymət alan şəxslər növbəti imtahanlara buraxılmırlar.

5. Doktorantura və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarına müvafiq olaraq aparılır.

6. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın qiyabi şöbəsinə sənədlərin qəbulu 2013-cü il 20 noyabrdan 2013-cü ilin 20 dekabrınadək aparılıcaqdır.

7. Qəbul imtahanları isə 2013-cü ilin 25 dekabrından 2014-cü ilin 25 yanvarınadək keçiriləcəkdir.

8. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya sənədlərin qəbulu 2013-cü ilin 30 yanvaradək aparılacaqdır.

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi, 14, otaq 3,

əlaqə telefonu (012) 498-05-43.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında