Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti

2013-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə

QƏBUL  ELAN  EDİR

Doktorantura

Əyani şöbə

5704.01 Dil nəzəriyyəsi-1 yer

5706.01 Azərbaycan dili-1 yer

5708.01 German dilləri-1 yer

5716.01 Azərbaycan ədəbiyyatı-1 yer

Qiyabi şöbə

5704.01 Dil nəzəriyyəsi-1 yer

5706.01 Azərbaycan dili-1 yer

5708.01 German dilləri-2 yer

5716.01 Azərbaycan ədəbiyyatı-1 yer

5719.01 Folklorşünaslıq-1 yer

Dissertantura

5704.01 Dil nəzəriyyəsi-1 yer

5706.01 Azərbaycan dili-1 yer

5708.01German dilləri-2 yer

5719.01 Folklorşünaslıq-1 yer

1. Doktorantura və dissertanturaya  ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları , əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar.

2. Doktoranturaya qəbul olunmaq istəyənlər ixtisas, xarici dil (rus dili istisna olmaqla seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfə fənlərindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.

3.Dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün elmi və elmi-pedaqoji iş stajı tələb olunur.

4. Doktoranturaya  və dissertanturaya sənədlərin qəbulu  20 noyabr-5 dekabr  2013-cü il, qəbul imtahanları  və dissertant  olmaq istəyən şəxslərlə müsahibələr   9 dekabr -26 dekabr 2013-cü il  müddətlərində keçirilir.

5.Doktoranturada əyani təhsil müddəti 3  il, qiyabi 4 il, dissertantlıq yolu ilə isə 4  ildir.

6.  Doktorantura və dissertanturaya qəbul  üçün aşağıdakı sənədlər  təqdim edilir:

-  rektorun adına ərizə ;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

7. Təhsil ödənişlidir, təhsil haqqı doktorant  və dissertantla bağlanmış müqavilə əsasında  müəyyənləşdirilir.

Sənədlər  Bakı Avrasiya Universitetinin elm, magistratura və doktorantura şöbəsində (II mərtəbə, 218-ci otaq) hər gün ( bazar və bayram günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək qəbul olunur.

Ünvan: Akademik Həsən Əliyev küçəsi, 135A

Əlavə məlumat üçün: www.baau.edu.az ttp://www.baau.edu.az; əlaqə telefonları: 5646367; 5646365  (daxili nömrə  108,118)

Rektorluq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında