Beyləqan Rayon Mərkəzi Xəstəxanası

 

Beyləqan Rayon Mərkəzi Xəstəxanası 2014-cu il üçün tələb olunan dərman preparatları və sarğı ləvazimatlarının satınalınması ilə əlaqədar

AÇIQ TENDER  ELAN  EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.

Lot-I. Psixotrop, zərdab,vaksin, rentgen və flüoroqrafiyada işlənən malların satınalınması.

Lot-II. Ümumi dərman preparatlarının, sarğı materiallarının və tibbi ləvazimatların satınalınması.

Lot-III. Şəkərli və şəkərsiz diabetdə işlənən dərman preparatlarının satınalınması.

Dərman və sarğı ləvazimatları ilə təchizat olunma müddəti 1 ildir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər I lot üçün 50 manat, II lot üçün  100 manat və III lot üçün 350 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan rayonu, S.Qazıyeva küçəsi, 21 nömrəli ünvandan (əlaqələndirici şəxs Mədətov L.İ. tel. 51-4-62) ala bilərlər.

Təşkilat: Beyləqan RMX, Beyləqan rayon YXO.

VÖEN: 390024795

H/H:2124131

Bank:  “Kapital bank ” ın Beyləqan filialı

Kod 200402

VÖEN: 9900003611

Müxbir hesab:AZ 37NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK. ALL BAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1% həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra 60 bank günü müddətində qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış (arayışların əsilləri və tarixləri tender elanından sonra olmalıdır);

-iddiaçının son bir ildəki  fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma 1 və forma 2);

- iddiaçının son bir ildəki  maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla)     19  dekabr  2013-cü il saat 17.00-a qədər, tender təklifi və bank zəmanəti isə möhürlənmiş və imzalanmış zərfdə 27 dekabr 2013-cü il saat 17.00-a qədər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına (ünvan: Beyləqan şəhəri, S.Qazıyeva küçəsi, 21) təqdim etməlidirlər.

Göstərilən vaxtdan  gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri  30 dekabr 2013-cü il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında